Page 225 - Danilenko
P. 225
Zanbaqların arasındakı iz

dolub-daşan bataqlıqlarda yaşasın, amma o, şәhәrә qayıdacaq.
Bu fikirlәr ona yüngüllük gәtirdi – axır ki, düşdüyü vәziy-
yәtdәn çıxış yolu tapmışdı.

Sәhәr tezdәn Mark çantasını topladı, motosikletinә minib,
meşә tәsәrrüfatı idarәsinә yollandı.

Bir neçә gündәn sonra isә mişarla ağac doğrayan Mark
ağır xәsarәt aldı, xәstәxanaya düşdü, arıqlayıb çöpә döndü.
Ölüm ayağında Elladan xahiş etdi ki, onu kәnddә dәfn elәsin.

– Burada heç kәsin yoxdur, – qadın dedi. – Qәbrinә qulluq
elәyәn olmayacaq: mәn şәhәrә qayıdıram.

– Mәn belә istәyirәm, – kişi israr etdi. – Batıqlığın
kәnarında…

Qadın onun nә üçün israr etdiyini heç cür anlaya bilmirdi.
Mark almalar çiçәklәyәndә öldü. Onu kәnd qәbiristan-
lığında dәfn etdilәr. Özünün istәdiyi kimi: qәbiristanlığın lap
kәnarında, bataqlığın yanında.
Qәbrin yanında Cәzair bәnövşәsi әkәrkәn, Ella torpaq
qalağının altında sanki payayla açılmış bir dәlik gördü. İki
kәndlidәn xahiş edib, qәbrin üstünü açdırdı. Tabutun qapağını
qaldıranda gördülәr ki, ilan meyitin sinәsinin üstündә qıvrılıb
yatır. İricüssәli kәndli ilanı bellә vurub öldürdü vә götürüb
bataqlığa atdı.
O vaxtdan bu yana axşamlar bataqlıqdan qәribә sәslәr
gәlir, elә bil kimsә ağlayır. Bәlkә dә, hansısa gecә quşlarının
vә ya su heyvanlarının çıxardığı sәslәrdir. Sәhәrlәr isә su
zanbağılarının yarpaqları arasında yalın ayaq izlәri peyda olur,
sanki qadın suya girib, qamışlıqda yox olub.

225
   220   221   222   223   224   225   226   227   228   229   230