Page 224 - Danilenko
P. 224
Vladimir Danilenko

Asfaltsız torpaqda yaşamağın nә demәk olduğunu yaxşı
bilirdilәr. Bilirdilәr ki, tәbiәtlә birbaşa tәmasda olmayan
şәhәrlilәr çox şeylәrdәn mәhrumdur. Hәmişә yuxudan xoşbәxt
oyanan, quşların nәğmәsini mәmnunluqla dinlәyәn, günәşin
ilk şüalarında isinәn Ella tamamilә dәyişilmişdi – hiss edirdi
ki, nә әrini, evi, bağı, nә dә ev heyvanlarını görmәk istәmir.

Yağış yağmağa başladı, meşәnin üzәrindә çaxan şimşәk-
lәrin parıltısı gözlәrini qamaşdırırdı. Qadın birdәn-birә sivi-
lizasiyadan ayrı düşdüyünә görә özünü qınamağa başladı.
Vanna otağı olmayan evә su da çәkilmәmişdi, tualet evin
arxasındaydı, axşamlar bayıra çıxanda özünlә fәnәr götürmәli,
rezin çәkmә geymәliydin ki, ayağına mismar-filan batmasın
vә ya ilan sancmasın. İlan!

Qadın sövq-tәbii çevrilib döşәmәyә baxanda, kәsik-kәsik
şimşәk parıltısında gözlәri işıldayan ilanı gördü. İlan, heç nә
olmamış kimi hәrәkәtsiz dayanıb, qadının üzünә zillәnmişdi.

– Rәdd ol burdan, – qadın ürkәk sәslә pıçıldadı. – Niyә
gәlmisәn? Get, meşәdә yaşa, orada balala, burada nә işin var?

İlan sakitcә yatmış kişiyә vә vahimәyә düşmüş qadına
baxır, gözünü çәkmirdi.

– Sәn mәnim hәyatımı mәhv edirsәn, başa düşürsәn? –
qadın yad sәslә dedi. – Mәnә qalsaydı, çoxdan başını әzәrdim.
Beli hazır saxlayıb, sәnin çıxmağını gözlәyәrdim vә sәni iki
yerә bölәrdim.

“Qәribәdir, – qadın fikirlәşdi, – bu niyә ağlıma gәlmәyib?”
Ertәsi gün dәmir beli gәtirib mәtbәxә qoydu, amma ilan
nә sәhәr, nә dә günorta yemәyi zamanı gözә dәymәdi. Axşam
yatağa uzananda isә yenidәn dәlikdәn çıxıb, onlara baxmağa
başladı.
224 – Nәsә elә, – Ella üzünü әrinә tutub zarıdı. – Mәn bu evdә
qalmaq istәmirәm.
Kişi әlini uzadıb, gecә lampasını yandırdı, ilan cәld
sürünüb stolun altına girdi. Dönüb mışıl-mışıl yatan uşağa
baxdı. Ona elә gәldi ki, iki qadının arasında uzanıb; onlardan
heç biri güzәştә getmәk, geriyә çәkilmәk istәmir.
Qadın isә fikirlәşirdi ki, bu dәqiqәdәn etibarәn kişiylә
yollarını ayırmalıdır. Qoy әri, ilanlarla vә su siçanlarıyla
   219   220   221   222   223   224   225   226   227   228   229