Page 201 - Danilenko
P. 201
bələk çığırtısı

Nәnәm gözünü yanan parçadan çәkmirdi. Alov babamın 201
qulağına çatanda, nәnәm әlini atıb, parçanın qalığını götürdü,
suya basıb, közәrәn hissәsini söndürdü. Sonra parçanı açıb,
babama göstәrdi:

– Gör, qulağında nә qәdәr çirk varmış.
Babam maraqla parçaya baxıb, sol böyrü üstә çevrildi:
– Elә yaxşı qızdırırdı ki, az qala, yatacaqdım.
Nәnәm mumlu parçanı onun o biri qulağına soxub,
yenidәn yandırdı. Babam sakitcә uzanıb, mum hopdurulmuş
parçanın çırtıltısına qulaq asırdı. Nәnәm qulaq çirkini özünә
çәkәn parçanı yenidәn açıb göstәrәndә, babam yavaşcadan
dedi:
– Sakit, mәn taxtaqurdunun çıxardığı sәsi eşidirәm.
Evә sükut çökdü. Yalnız hörümçәk toruna düşmüş mil-
çәyin vızıltısı eşidilirdi.
Bu gәrginliyә dözmәyib, sakitcә çölә çıxdım.
– Nәnәm babamın qulaqlarını tәmizlәyir, – öz evimizә
gәlib, anama dedim. – Gecә babam göbәlәk yığmağa gedәcәk.
Mәni oyadarsan?
– Oyadaram, – anam tövrünü pozmadan dedi.
– Keçәn hәftә dә söz vermişdin, amma oyatmadın.
– Onda oyatmadım, amma indi oyadacağam. Әşyalarını
topla.
Anbardan zәnbili vә rezin çәkmәlәrimi götürdüm, dәstәyi
sәdәflә işlәnmiş bıçağı çıxardım, yun corablarımı çәkmәnin
yanına qoydum.
Gecәnin bir alәmindә çiynimdәn tutub silkәlәyәn anamın
sәsini eşitdim.
– Qalx, saat üçdür. Babangilin evindә işıq yanır.
Gözlәrimi açdım. Anam üzәrimә әyilmişdi, saçları sifәtimi
qıdıqlayırdı. Cәld qalxıb paltarımı geyindim. Anam pәncәrә-
dәn çölә boylandı:
– Baban evdәn çıxdı.
Sakitsә әşyalarımı götürüb, babamın arxasınca getdim.
– Babanı gözdәn qoyma, azıb-elәyәrsәn, – anam arxadan
sәslәndi.
   196   197   198   199   200   201   202   203   204   205   206