Page 203 - Danilenko
P. 203
bələk çığırtısı

bir müddәt hәrәkәtsiz qaldı. O, әlindә neft lampası, meşәni 203
dolaşır, ağaclardan çubuq kәsib yerә sancırdı. Lampanın
әtrafında gecә kәpәnәklәri uçuşurdu. Yoğun palıd ağacının
arxasında gizlәnib, babamın hәrәkәtlәrinә göz qoyurdum.
Qәfildәn arxamda bәrk şaqqıltı eşitdim, vahimәyә düşüb
bağırdım:

– Baba!!!
– Kimdir? – babam ucadan sәslәndi. Lampanı yuxarı qald-
ırıb mәnә yaxınlaşdı. – Sәnsәn? Burada nә işin var?
– Sizin arxanızca gәldim. Göbәlәk toplamağın sirlәrini
öyrәnmәk istәyirәm…
– Yaxşı, yaxın gәl, gәl yanımda otur.
Qoca tozağacının altında oturduq, babam cib bıçağını
çıxarıb, әlindәki çubuğu yonmağa başladı.
– Bu çubuqlar nәyә lazımdır?
– Eşidirsәn? – babam diqqәt kәsildi. – Göbәlәk çırtıldadı.
– Mәgәr göbәlәk çırtıldayır?
– Göbәlәk qışqırır. Ufuldayır. Torpağın altından çıxanda
“uf” deyir.
Yenә çırtıltı eşidildi, sanki, tarıma çәkilmiş ip qırıldı.
– Eşitdin? – babam qulaq verdi.
Biz sәs gәlәn tәrәfә getdik, babam neft lampasını başının
üzәrinә qaldırıb, әlindәki çubuğu yerә sancdı. Belәcә, birlikdә
oturub sәslәri dinlәyirdik. Qulağımız sükuta öyrәşәndәn sonra
torpağı deşib çıxan göbәlәklәrin sәsi daha aydın eşidilmәyә
başladı. Hava işıqlaşandan sonra babamla birgә çubuq
sancdığımız yerlәri dolaşıb, sәbәtlәrimizi göbәlәklә doldur-
duq. Onu da deyim ki, biz yalnız qırmızıbaş vә ağ göbәlәklәri
toplayırdıq.
– Görürsәn? – babam göbәlәklәrdәn birini göstәrdi. – Bu,
peyin göbәlәyidir. Yemәlidir, amma araqla yesәn, zәhәrlәnә
bilәrsәn.
– Gәl, bir az dincәlәk, – babam tufanın yıxdığı şam ağacı-
nın üstündә oturdu.
– Baba, hamı sәndәn danışır, deyirlәr ki, göbәlәkli yerlәri
sәndәn yaxşı tanıyan yoxdur…
   198   199   200   201   202   203   204   205   206   207   208