Page 204 - Danilenko
P. 204
Vladimir Danilenko

– Bilirsәn, kişi xeylağı – çox ehtiraslı, hәr şeylә

maraqlanan mәxluqdur, onu öz fikrindәn daşındırmaq müşkül

mәsәlәdir. Qatarlar, tәyyarәlәr, cürbәcür maşınlar – bunların

hamısını kişilәr fikirlәşib, düzәldib. Qadın da ehtiraslıdır,

amma onlar daha çox öz ailәsi vә әriylә maraqlanır.

– Siz dә göbәlәk yığmaqdan hәzz alırsınız.

– Hә, elәdir, – babam dedi. – İnsanlar çox az şeylәrdәn

hәzz alır, göbәlәk – onlardan biridir.

O, zәnbildәn zol-zol papaqlı göbәlәk götürüb, qabığını

soydu, cibindәn duzqabı çıxardı, göbәlәyi duzlayıb mәnә

uzatdı:

– Al, ye.

Göbәlәyi dişlәdim, mamır, çürümüş yarpaq, bataqlıq suyu-

nun tamını hiss etdim.

– Necәdir? Lәzzәtlidir? – babamın üzündәn mәmnunluq

yağırdı. – Bilirәm, ağ göbәlәkdәn dә lәzzәtlidir. Zol-zol

papaqlı göbәlәk – meşә qızının sevimli göbәlәyidir.

– Hansı qızın?.. Supәrisinin?

– Hә, supәrisinin.

Babam susub, meşәnin dәrinliklәrinә zillәndi – orada

hansısa meşә heyvanının qaraltısı görünürdü. Denis baba

oturduğumuz yerin bir addımlığında bitmiş zәhәrli göbәlәklәri

göstәrdi:

– Görürsәn? – o, göbәlәyi kәsib götürdü. – Hamı fikirlәşir

ki, bu zәhәrli göbәlәkdir, faydasızdır. Amma Marina nәnәnlә

mәhz bunun sayәsindә evlәnmişәm. – Babam susub nәyisә

xatırlamağa çalışırdı. – Bu dünyada yalnız qәrarlı, ehtiraslı

adamlar öz mәqsәdinә çata bilәr.

204 – Zәhәrli göbәlәyin sayәsindә evlәndiniz?
Yaxınlıqda sınan çır-çırpı sәsi eşidildi, nәsә bәrkdәn

fısıldadı. Qorxudan babama qısıldım.

– Qorxma, sığındır, – babam mәnә ürәk-dirәk verdi. –

Marinanın әrgәn vaxtlarıydı, qonşu xutorda yaşayan Paramon

ona vurulmuşdu, dәrdindәn dәli-divanәydi. Paramon iricüssәli,

pәhlәvan kimi adam idi. Yumruğu mәnim başım yekәlikdәydi.

Varlı ailәdәn idi, bataqlığın o tәrәfindә yaşayırdılar. Marina
   199   200   201   202   203   204   205   206   207   208   209