Page 200 - Danilenko
P. 200
Göbәlәk çığırtısı
İlanlarla, vәhşi heyvanlarla dolu sıx meşәliklәrin vә
cәngәlliklәrin sirri Denis babanın yaşıl gözlәrindә
gizlәnirdi. O, meşәyә yalnız gecәlәr gedirdi. Gümüşü Ay onun
keçib getdiyi cığırlara işıq salırdı. Denis baba insan ayağı
dәymәyәn elә yerlәrә gedirdi ki, oraya ondan başqa, yalnız
vәhşi donuzlar gedib çıxa bilәrdi. O, müәyyәn mәnada, nadir
tarixi sikkәlәrdәn ötrü sinov gedәn numizmatı xatırladırdı.
Turovets kәndindә, bәlkә dә, bütün dünyada Denis baba kimi
göbәlәk tanıyan adam yox idi.
Bataqlıqların vә kiçik çayların quruduğu yağışsız havalar-
da belә Denis baba meşәdәn әliboş qayıtmırdı. Turovetsdә
onun paxıllığını çәkәn adamlar haqqında müxtәlif şayiәlәr
uydurub danışırdılar. O, hәmişә meşәyә tәk gedirdi, heç mәni
dә özüylә aparmırdı.
– Mәn gecәlәr gedirәm, meşә qurd-quşla doludur, qorxub
elәyәrsәn, – mәnә deyirdi. – Yaxşısı budur, qoy nәnәn sәnә
fәsәli bişirsin.
Denis babanın nә vaxt göbәlәk yığmağa gedәcәyini heç
kәs bilmirdi. Sadәcә bilirdik ki, hәr dәfә yola çıxmazdan qabaq
Marina nәnә onun qulaqlarını tәmizlәyir.
– Arvad, mәnim üçün fitil hazırla, – bir dәfә babam
nәnәmә dedi. Onda nәnәm mәni yenicә bişirdiyi isti fәsәliyә
qonaq elәyirdi.
Nәnәm dәsmalla ağız-burnuma bulaşmış qaymağı silirdi.
– Әlimdә işim var! – nәnәm boşqabıma fәsәli qoydu.
Bundan sonra nәnәm qaz pilәtәsinin üstündәki boş tavaya
200 bir parça mum qoydu. Qazı yandırıb, mumun әrimәsini
gözlәdi. Sonra әrimiş mumun üstünә kәtan parça sәrdi. Mu-
mun qoxusu bütün evә dağıldı.
Babam taxta uzandı. Nәnәm mum hopmuş parçanı nazik
dәmir çubuğa dolayıb, bir ucunu babamın qulağına soxdu vә
kibrit çәkib, o biri ucunu yandırdı. Parça tüstülәnmәyә başladı.
– Arvad, qulağımı yandırarsan ha… – babam xәbәrdarlıq
elәdi.