Page 195 - Danilenko
P. 195
rub çağının işığında

san yaşında sonuncu әrinin qucağında dünyaya göz yum- 195
muşdu. Onda әrinin otuz beş yaşı varmış. Gizli jandarmeriya
ilә әlaqә saxlayan xanım Sobanskaya sevgilisi qraf de Vittanın –
Rusiya imperatoru I Nikolayın şәxsi agentinin kömәyiylә
dekabristlәrin Cәnub cәmiyyәtinin gizlin niyyәtlәrini ifşa
etmişdi. Bu zaman ona vurulmuş Adam Mitskeviçdәn tәlә
yemi kimi istifadә elәmişdi. Kütlәvi hәbslәr başlayanda isә
Mitskeviç onun kömәyiylә xaricә qaçmışdı. O illәrdә Ukrayna,
Polşa vә Rusiyadan onlarla tanınmış insan Sobanskayanın
dәrdindәn dәli-divanәydi. Şübhәsiz, Sobanskaya onlardan ço-
xunun könlünü almağı bacarırdı.

Qrubiç tәsadüfәn xırda zadәgan Nevmerjitskinin mәktubu-
nu aşkarladı. O, öz mәktubunda yazırdı ki, Sobanskaya ilә qraf
de Vittanın günahı Jitomir vilayәtindәki Verxovnya kәndindә
gizlәdilib. Qrubiç heç cür başa düşә bilmirdi ki, o, hansı
günahı nәzәrdә tutur. Nәhayәt, ikinci sәhifәdә belә bir cümlәyә
rast gәldi: “Kim inanar ki, quberniya zadәganlarının seçilmiş
nümayәndәsi Adam-Stanislav Rjevusskinin yaşlı, xәstә arvadı
oğlan uşağı doğub?”. Qrubiç başa düşdü ki, yәqin, burada
Sobanskaya vә qraf de Vittanın nikahdankәnar oğlundan
söhbәt gedir. Karolinanın qanuni әri İeronim Sobanski ondan
otuz yaş böyük idi.

Qrubiç Roma-katolik dieseziyasının sәnәdlәri arasında bir
qeydә rast gәldi. Burada deyilirdi ki, 1824-cü il, yanvarın 7-
dә Adam Vavrints vә İustina Rjevusski ailәsindә Stanislav adlı
oğlan uşağı dünyaya göz açıb. Sonrakı araşdırmalar belә bir
mәnzәrәni göz önünә sәrdi: 1858-ci ildә Stanislav Rjevusski
Anna Vişnevetskiylә evlәnir; 1859-cu il, sentyabrın 13-dә bu
nikahdan Yelena Rjevusskaya dünaya gәlir. Ondan әvvәl
dünyaya gәlmiş üç uşağın hamısı erkәn tәlәf olur. 1878-ci ildә
Yelena Rjevusskaya Qenrik Sventsiskiyә әrә gedir; 1879-cu
il, iyunun 19-da Rozaliya Sventsiskaya doğulur; Rozaliya
Boleslav Tışkeviçә әrә gedir vә 1900-cü ildә Evelina Tışkeviçi
dünyaya gәtirir. Evelina on sәkkiz yaşında Kazimir Sobanski
ilә evlәnir. Karolina Sobanskaya 1919-cu ildә hәmin ailәdә
dünyaya göz açır. Valideynlәri qıza uzaq qohumlarının adını
   190   191   192   193   194   195   196   197   198   199   200