Page 194 - Danilenko
P. 194
Vladimir Danilenko

O qәdәr mәşğul idi ki, evlәnmәk barәdә fikirlәşmәyә vaxt
tapmırdı. Otuz iki yaşı tamam olanda onu iyirmi sәkkiz yaşlı
rәsm müәllimәsiylә tanış etdilәr. Qrubiç onunla bir il yaşadı.
Sonra qadın xәstәlәnib, anasıgilә getdi vә bir daha qayıtmadı.
Sakit ayrıldılar, deyәsәn, bu, ikisinin dә ürәyindәn idi.
Boşandıqdan sonra Qrubiç üç mәnzil dәyişdi vә nәhayәt,
Kseniya Boyçukun evindә otaq kirayәlәdi.

Qrubiç idealist idi, qәdim vaxtlarla, keçmiş dövrlәrdә
yaşamış romantik qadınların hәyatıyla maraqlanırdı. Bunun
üçün muzeylәri dolaşır, saysız-hesabsız qadın tәsvirlәrinә
baxırdı. Müasir qadınlar XVII-XIX әsrlәrdә yaşamış
qadınlardan xeyli fәrqlәnirdi. Tәkcә geyimlәrinә görә yox,
hәm dә sifәt cizgilәri, üz ifadәlәrinә görә.

Bәzәn, şәnbә günlәri köhnә dostu Draqolyukla birgә
filarmoniyanın yanındakı “Başnya” kafesinә gәlir, üçüncü
mәrtәbәyә qalxıb, bir qrafin araq, bir az vetçina vә pendir
götürür, yeyib-içirdilәr. Sonra Draqolyuk ağac qәlyanını
çıxarıb tütün doldurur, fıshafısla çәkmәyә başlayırdı. Bu dәfә
dә Draqolyuk tüstünü havaya püflәyib dedi:

– Kişi ürәyinә yatmayan qadınla yatağa girib, özünü
alçaltmamalıdır. Bax sәnlә mәn tәnha kişilәrik, mәgәr qadınsız
yaşaya bilmirik?.. Kişi daha mürәkkәb mәxluqdur. Ona görә
dә, özünә uyğun qadın tapmaqda çәtinlik çәkir. Dostum, ehti-
ras – kimyәvi reaksiyanın növlәrindәn biridir. Reaksiyanın
qoxusunu hiss edәn kimi qanın coşur, artıq özünü әlә ala
bilmirsәn.

– Mәnә elә gәlir ki, mәnim qadınlarımın hamısı keçәn
әsrdә qalıb, – Qrubiç piştaxtanın arxasında dayanıb, onların
söhbәtini dinlәyәn qadına baxdı.
194 Arağı içib qurtarandan sonra şәhәrin küçәlәrindә dolaş-
mağa başladılar. Qrubiç Malaya Berdiçevskaya küçәsindәki
evә qayıdanda artıq şәr qarışırdı.

Belәliklә, vәkil Postyukun nәsil kökünü araşdıran Aleksey
Qrubiç maraqlı heç nә әldә edә bilmәdi. Әvәzindә Sobanska-
yanın bioqrafiyası ilә maraqlanmağa başladı.

Onun bütöv adı belәydi: Ursula-Lüsi-Karolina Rje-
vusskaya-Sobanskaya-Çirkoviç-Lakrua. O, 1885-ci ildә, dox-
   189   190   191   192   193   194   195   196   197   198   199