Page 190 - Danilenko
P. 190
Vladimir Danilenko

sayıb, üç yüz altmış qrivnanı özünә götürdü, sonra “Edem”ә

girib alma şirәsi içdi vә reklam agentliyinә yollandı.

Pulları sayanda Vladın koppuş әllәri әsirdi.

– Bunlar sәnindir, – Vlad pulların bir hissәsini ayırıb,

Oğlana uzatdı.

Oğlan evә gәlib, anasına beş yüz qrivna verdi, üç yüzünü

isә özünә saxladı. Anası әmәlli-başlı sınıxmışdı. O, tez-tez

gedib vәkillә danışır, evә qayıdıb o baş-bu başa gedir, dinclik

tapmırdı.

Oğlan ilk reklam sövdәlәşmәsindәn qazandığı pulları hәlә

xәrclәyib qurtarmamışdı. Bir dәfә, iş gününün sonunda Vlad

onu öz maşınına dәvәt etdi. Oğlan arxa oturacaqda, tanımadığı

iki kişinin arasında әylәşdi vә qırmızı “Opel” yerindәn götü-

rüldü. Oğlan uşaqkәn Jeleznı Xutorda, babasıgildә keçirdiyi

vaxtları xatırlayır, qonşuların bağında alma oğurlayarkәn

başına gәlәn әhvalatları Viktora danışırdı.

– Yәqin, oğurluğa çoxdan öyrәşmisәn… Konvertdәn üç

yüz altmış qrivnanı götürәndә vicdanın ağrımadı?

Oğlan nәsә mızıldanıb, maşından düşmәk istәdi, amma

yanında oturan kişi böyrünә bәrk bir yumruq ilişdirdi. Oğlan

ufuldayaraq ağlamağa başladı.

Vlad Kozlenko arxası Oğlana oturub, siqar çәkirdi.

– Mәsәlә iki yüz dollarda deyil, – Vlad dedi, – mәsәlә prin-

sipdәdir. Sәn әliәyri çıxdın, mәnsә belә şeylәri bağışlamıram.

Faizlәrdә iki yüz әlli dollar qazandığın halda, mәnim pullarıma

da göz dikmisәn?

Oğlanın qollarını bәrk-bәrk tutmuşdular. Maşın körpünün

üstündә dayandı. Oğlan sağ tәrәfindәki kişini dişlәyib, qapını

190 açmaq istәdi. Amma buna nail olmadı.
– Bu yaramazı suya atın, – Vlad bağırdı, – qoy özünә gәl-

sin!

Onu maşından düşürüb, yerә yıxdılar. Әl-ayağından

yapışıb, mәhәccәrin üstündәn çaya atdılar. Havada kәllәma-

yallaq aşan oğlan zәrblә buz kimi soyuq suya çırpıldı. Sanki

bәdәninә minlәrlә soyuq iynә sancıldı. Oğlan birtәhәr suyun

üzünә qalxıb, sahilә doğru üzmәyә başladı. Elә bu an şap-
   185   186   187   188   189   190   191   192   193   194   195