Page 188 - Danilenko
P. 188
Vladimir Danilenko

“Bizim vaxtları xatırladır, – Oğlan fikirlәşdi, – it yiyәsini

tanımır.”

“Sonya xalagildә” iki stәkan “Dunay çәlәngi” şәrabı vә

portağal sifariş verdi.

– Ümumi işlәrimizdәn, daha doğrusu, layihәlәrdәn nә

xәbәr? – Oğlan soruşdu.

– Sizinlә әmәkdaşlıq edәcәyik, – Qız cavab verdi.

Oğlanın dodaqlarına gülüş qondu, o, Qızın üzündәn öpüb,

yenә likör sifariş etdi. Qız içmәk istәmirdi, amma Oğlan onu

mәcbur etdi. Sonra şәhәrә gәzmәyә çıxdılar.

İsti axşam havası gözәl qadınları küçәyә tökmüşdü. Onlar

elektrik işığına qәrq olmuş dayanacaqlarda dayanıb, müәm-

malı tәrzdә susurdular.

– Sәni ötürüm?

– Yaxşı, amma evә buraxmayacağam.

– Oldu! – Oğlan onun burnuna toxundu.

Binanın önündә Oğlan Qızı qucaqlayıb öpmәyә başladı.

O qәdәr ehtirasla öpürdü ki, Qız yumşaldı, onun әlindәn tutub,

pillәkәnlә yuxarıya sarı çәkdi.

– Beş dәqiqәliyә içәri keçә bilәrsәn.

Qapını açıb, yenicә içәri keçmişdilәr ki, qәfildәn telefon

zәng çaldı. Qız dәrhal qaçıb dәstәyi götürdü:

– Alyo! Hә, tәkәm! Nәdir ki? – Ukrain dilindә danışmağa

başladı. – İyirmi dәqiqәdәn sonra?

Qız birdәn-birә әl-ayağa düşüb, ora-bura vurnuxmağa

başladı.

– Get! Tez ol! – karıxıb qalmış Oğlanın arxasından itәlәdi.

– Şefdir? – Oğlanın boğazı qurumuşdu, güclә danışırdı.

188 – Tez ol, tez ol! – Qız qovluğunu onun qoltuğuna verdi.
– Sәn onunla… – Oğlan münasib söz tapmaq istәdi, amma

ağlına heç nә gәlmәdi.

– Sәn sadәcә Oğlansan, – Qız ah çәkdi, amma o, mәni

saxlayır. Get, – onun üzündәn öpüb, çölә itәlәdi.

Oğlan körpünün üstüylә geriyә qayıtdı. Kefi pozulmuşdu,

üstәlik, cibindә bir qәpik pulu da qalmamışdı. Dneprin

üzәrindә sәmadan asılmış aypara qovun diliminә oxşayırdı.
   183   184   185   186   187   188   189   190   191   192   193