Page 184 - Danilenko
P. 184
Vladimir Danilenko
– Alo, – Oğlan yenicә eşitdiyi lәtifәni qıza danışdı vә
uğunub getdi. – Nә vaxt görüşәk?
Qız nazlana-nazlana pişik kimi sәslәr çıxarmağa başladı.
– Tәklif edirәm, saat altıda “Yaroslava”da.
Qızdan sәs çıxmadı.
– Hә, nә deyirsәn, alınmayacaq? – Oğlan ağlamsındı.
– Yaxşı! – qız birdәn-birә razılaşdı.
Qız sovet etiketi üzrә vәdәlәşdiklәri vaxtdan yarım saat
gec gәlib çıxdı vә birbaşa Oğlanın oturduğu stola tәrәf getdi.
– Mәni necә tanıdın?
– Sәnin sifәtindә yazılıb: Oğlan! – Qız dodağını büzdü.
– Hә, mәn böyük oyunlar oynayan Oğlanam, – Oğlan
qәdәhlәrә “Qara Doktor” şәrabı süzdü. – Sağ ol!
– Sağ ol! – Qız qәdәhini onun qәdәhiylә toqquşdurdu.
Saat yarım “Yaroslava”da oturub şәrab içdilәr, reklam
haqqında söhbәt etdilәr. Oğlan Qızı portağala, şokolada qonaq
etdi, fürsәt tapıb telekanalın qiymәtlәr cәdvәlini dә ona verdi.
Әlavә olaraq, yüz qram konyak içәndәn sonra danışıqları Qızın
mәnzilindә davam etdirmәyi qәrara aldılar. Oğlan köşkdәn
şampan şәrabı aldı, taksiyә oturub, Dneprin sol sahilinә
gәldilәr. Qız “Çerniqovskaya” metrostansiyasının yaxınlığında
yaşayırdı.
Evdә şampan şәrabını da içdilәr. Oğlanın lap kefi kökәldi.
– Yaşamaq gözәldir! – Oğlan Qızın paltarını soyundurmaq
istәdi.
– S-sәn çox tәlәsirsәn! – Qız sivişib, onun әlindәn çıxdı.
Qız özünü yaxşı hiss etmirdi: qarnı ağrıyırdı, dincәlmәk
istәyirdi.
184 – Sәni varlı vә xoşbәxt edәcәyәm, – Oğlan qızın etiraz-
larına mәhәl qoymur, cәhdlәrini davam etdirirdi.
Qızın köynәyinin düymәlәri qopdu, Oğlanın qalstuku
Qızın döşlüyünün qarmaqcığına ilişdi, vizit kartları yatağa
dağıldı.
– Utanmaz Oğlan, – qız onu itәlәyib, özündәn uzaqlaş-
dırmağa çalışırdı.
Nәhayәt, yorulub yuxuya getdilәr.