Page 182 - Danilenko
P. 182
Vladimir Danilenko
dә “yox” deyәn firmaların adlarını qeyd edirdi. Әn yaxşı halda
ona deyirdilәr ki, bir-iki hәftәdәn sonra zәng elәsin, ola bilsin,
hansısa malı reklam etmәk lazım gәlәcәk.
Bundan başqa o, Vitalikin agentindә dә işlәyirdi. Vitalik
qızları yoldan çıxarmağın, adamlardan pul qoparmağın ustası
idi.
– Heç olmasa, sәsini dәyişdir, – Vitalik Oğlana irad tu-
turdu, – bura sәnә uşaq bağçası deyil. Bu sәslә müştәri tutmaq
olar? Bax, gör әmin necә danışır, – o, telefon nömrәsi yığırdı. –
Hanı bu yaramaz? – mehriban sәslә deyirdi. – Onu stola
bağlamaq lazımdır. Salam, salam, yaramaz. Niyә mәni pis
vәziyyәtdә qoyursan? Yox, yox… Hә, elәdir… Әlbәttә! Yaxşı,
tez gәl, mәsәlәni hәll edәk – dәstәyi yerinә qoyurdu. – Gördün
necә işlәmәk lazımdır? Elә indicә beş min dollarlıq mәsәlәni
hәll etdim.
– Әla! – Oğlan ona hәsәd aparırdı.
Oğlan neyrolinqvistik proqramlaşdırma kurslarına yazıldı.
Burada müştәrilәrlә danışmağın, onları şirniklәndirmәyin
yollarını öyrәdirdilәr. Tәlimlәrә görә Semyon Borisoviç ondan
üç yüz dollar aldı. Tәlimlәrin pulunu, әlbәttә ki, böyük qardaşı
verdi.
– Sizi varlı, xoşbәxt adam edәcәyәm. – Semyon Borisoviç
ağzını açıb onu dinlәyәn oğlanlara vә qızlara deyirdi. –
Odessalı Syoma dayını hәmişә xoş sözlәrlә xatırlayacaqsınız.
Oğlan Semyon Borisoviçi tez-tez xatırlayırdı. Fikirlәşirdi
ki, Syoma dayı ona bütün sirlәri öyrәtmәyib. Axı Vitalik hәr
şeyi әksinә elәyir, amma işlәri yağ kimi gedirdi. Oğlan isә Sem-
yon Borisoviçin sxemi üzrә hәrәkәt etsә dә, hәlә ki, heç bir
182 uğur qazanmamışdı. Vitalik vaxtilә komsomolun mәrkәzi
aparatında işlәmişdi deyә ona Şokolad Evin1 yanında üçotaqlı
mәnzil vermişdilәr. Demәli, komsomol neyrolinqvistik proq-
ramlaşdırma kurslarından güclüdür.
– Qәm elәmә, – Vitalik onu sakitlәşdirdi, – dondurma ye,
hәr şey alınacaq.
1Şokolad Ev – yastı şokolad formasında Kiyevdә inşa edilmiş memarlıq abidәsi