Page 183 - Danilenko
P. 183
evli oğlan

Bir dәfә Vitalik ayaqyoluna gedәndә, Oğlan onun vizit 183
kartını oğurladı. Kartın üzәrindә “Fransız kosmetikası satan
“Qrenuy” firmasının meneceri” yazılmışdı.

Oğlan “Yaroslava”ya gәlib, özünә iki pay dondurma vә әlli
qram ucuz konyak sifariş verdi. Bunların hamısını hәzm-
rabedәn keçirәndәn sonra reklam agentliyinә yollandı. Vita-
likin mәslәhәtini yaddan çıxarmamışdı: müştәriylә yalnız
nahardan sonra sövdәlәşmәk lazımdır. Yaxşı yeyib-içәndәn
sonra bütün qorxular arxa plana keçir.

“Bazar ertәsi müştәrinin beyni dumanlı olur, – Vitalik
deyirdi, – cümә günü isә gecә klubu vә ya qadınlar haqqında
fikirlәşir ona görә dә, bu günlәrdә onunla söhbәt etmәyin xeyri
yoxdur.”

Oğlan saatına baxdı. Çәrşәnbә günü, saat üçә iyirmi dәqiqә
qalırdı – işgüzar görüş üçün әn münasib vaxt idi. O, reklam
agentliyinin qapısından içәri keçdi. Çantasından “Qrenuy”
firmasının vizit kartını çıxardı, beynindә menecerlә söhbәtin
mümkün ssenarilәrini götür-qoy edib, nömrәni yığdı. Dәstәk-
dәn faks aparatının xırıltısı eşidildi. Oğlan başqa bir nömrә
yığdı.

– Alo, Alyona Xaraxandryukdur? – Oğlan ucadan dedi.
– Ham-ham! – Qız belә cavab verdi.
Oğlan bircә anda Semyon Borisoviçin öyrәtdiklәrinin
hamısını unutdu.
– B, b… – Oğlan fikirlәrini cәmlәmәyә çalışdı.
– B-b-buraxın mәni, Himalaya gedәcәyәm, Himalaya, –
Qız mahnı oxumağa başladı.
Oğlan başa düşdü ki, bu, onun hәyatı boyu arzuladığı
Qızdır.
– Sәn arzulardakı Qızsan? – Oğlan soruşdu.
Qız telefonda dilini nırçıldatdı.
Elә bu vaxt Vitalik gәlib çıxdı.
– Dәstәyi yerinә qoy, – o, içәri boylandı. – Qoy onunla
mәn danışım.
Onların telefon xәtlәri bitişik idi.
Oğlan onu barmağıyla hәdәlәyib, başından elәdi.
   178   179   180   181   182   183   184   185   186   187   188