Page 187 - Danilenko
P. 187
evli oğlan

Oğlan evә gәlәndә gördü ki, ağlamaqdan anasının gözlәri 187
şişib.

– Harda itib-batmısan? Boqdanı hәbs ediblәr. İndi neylә-
yәcәyik?

Tәәccübdәn Oğlanın ağzı açıla qaldı, dәrhal telefonu götü-
rüb nömrә yığmağa başladı.

– Bu dәqiqә mәsәlәni hәll edәrik, – o, hirslәnib özündәn
çıxdı. – Vlad Kozlenko nüfuzlu adamdır. Pulunu balta kәsmir.

– Nә әl-ayağa düşmüsәn? – anası da hirslәndi. – Yaxşısı
budur, kiyevli oğlan maskasını çıxar, heç olmasa, bir dәfә
ananla sәmimi söhbәt elә.

– Vәkil tutmaq lazımdır, – Oğlan özünü әlә aldı. – Reklam-
dan pul qazanacağam, bir az da borc taparam. Hәr şey yaxşı
olacaq.

Cümә günü yaşlı, sifәti armud qurusu kimi bürüşmüş bir
vәkil tapdılar.

– İşlәr pisdir, – vәkil tüklü qulağını qaşıdı. – Ona qarşı
hiylә qurublar. Yanına adam göndәriblәr, nömrәsi yazılmış
pulları hәmin adamdan alıb. Dәrhal yaxalayıblar – 500 qrivna.

– Mәnim uşağımdan nә istәyirlәr axı? – anası yenidәn
ağlamağa başladı. – Universiteti yenicә bitirib. Bilmirәm, niyә
bu işә getdi? Mәktәbdә işlәyәrdi, mәn dә uşaqlarına baxardım.

– Ana, – Oğlan hirslәndi, – bilirsәn, müәllimlәr niyә tәtil
edirlәr?

– Maaşlarını vermirlәr, ona görә. Hәbsxanaya düşmәk-
dәnsә, elә havayı işlәmәk yaxşıdır, – anası hıçqıra-hıçqıra dedi.

– Görürәm, kasıb adamlarsınız, – vәkil barmaqlarını şıq-
qıldatdı. – Sizdәn çox pul almayacağam – onsuz da, kömәk
elәyә bilmәyәcәyәm. Oğlunuz elә işdә işlәyir ki, orada hamı
rüşvәt alır. Amma mәhz sizin oğlunuzu ilişdiriblәr, çünki
arxasında heç kәs dayanmır. Onlara qurbanlıq quzu lazım olub,
vәssalam.

Bütün gecә mәnzildә parket cırıldadı, anası sәhәrәcәn dua
oxudu.

Çәrşәnbә günü sәhәr tezdәn Oğlan Qıza zәng elәdi. Po-
doldakı “Sonya xalagildә” kafesindә görüşdülәr. Oğlan pәn-
cәrәdәn baxıb gördü ki, işıqforun işıqlarının üçü dә yanır.
   182   183   184   185   186   187   188   189   190   191   192