Page 192 - Danilenko
P. 192
Qürub çağının işığında
Buz kimi soyuq qovluqlar, arxiv müdirinin ağzından
qalxan buğ, saralmış vәrәqlәrdә rәngi soluxmuş
hәrflәr (XIX әsrdә kәnd keşişinin yazdığı mәtn) – Aleksey
Qrubiçә elә gәlirdi ki, başqa bir dünyaya düşüb. Bu axşam hәr
şey ona yad görünürdü. Soyuqdan әsә-әsә gәrnәşib, yerindәn
qalxdı vә әlindәki köhnә sәnәdlәri tәhvil vermәyә getdi.
O, üç hәftәydi ki, әlli yaşlı vәkil Anatoli Postoyukun nәsil
tarixini öyrәnmәklә mәşğul idi: vәkil birdәn-birә öz әcdad-
larının hansısa mәşhur nәslә aid olub-olmadığını araşdırmaq
fikrinә düşmüşdü. Qrubiçә beş yüz rubl boyun olmuşdu, bu,
onun dörd aylıq maaşı qәdәr pul elәyirdi. O, nә pravoslav kon-
sistoriya kitablarında, nә zadәganlar fondunun dәftәrlәrindә,
nә dә Roma-katolik kilsәsinin kağızlarında vәkili maraqlan-
dıran mәlumatlara rast gәlmәdi.
Postyukun ata tәrәfinin hamısı kәndlilәr idi. Ana tәrәfindә
bir kәnd keşişi tapıldı, amma bu fakt heç dә ürәyindәn olmadı.
Aleksey Qrubiç yaxşı tarixçiydi, polyak dilindә oxuyurdu,
latın dilini bilir, paleoqrafiyadan yaxşı baş çıxarırdı. İyirmi üç
nömrәli mәktәbdә tarix dәrsini tәdris edirdi.
“Tarix sirli, müәmmalı qadın kimidir – ona etinasız yanaş-
maq olmur, – qar basmış meydanla addımlayarkәn düşündü, –
amma çox yaxınlaşanda, döşlәri sallanan, sifәtini qırış basmış,
ağzından pis iy gәlәn qarı görürsәn.”
Malaya Berdiçevskaya küçәsindәki tikiliyә doğru
addımlayırdı. Burada qırx rubla otaq kirayәlәmişdi. Ev
192 sahibәsi Kseniya Boyçuk heç yerdә gözә dәymirdi. Bu yaşlı
qadın köhnә, baxımsız evdә tәk-tәnha yaşayırdı. Aleksey Qru-
biç cırıldayan pillәkәnlә yuxarı qalxıb, öz otağına keçdi.
Şlyapasını, paltosunu, ayaqqabılarını çıxarıb, içәri adladı.
Axşam saat yeddi oldu. Sahibәnin otağındakı köhnә saat
vurmağa başladı. Qrubiçin gözü polyak yazıçı Siprian Nor-
vidin kitabına sataşdı. Kitabın köhnә cildinә baxa-baxa, trol-
leybusun gurultusundan titrәyәn pәncәrә şüşәlәrinin sәsini