Page 197 - Danilenko
P. 197
rub çağının işığında

Bir saat sonra sahibә onu süfrәyә dәvәt etdi. O, qonaq 197
otağına gәlib, uzunәtәkli axşam paltarı geymiş Kseniya
Boyçuku gördü. İki gümüş şamdanda şamlar yanırdı, stolun
üstünә gümüş vә çini qablar düzülmüşdü. Otaqdan şorba vә
qızardılmış göbәlәk qoxusu gәlirdi.

– Buyurun, әylәşin, – qadın ona yer göstәrdi.
Qrubiç büllur qәdәhlәrә şәrab süzdü. Kseniya Boyçuk
işvәylә başını yellәdi. Onun dәn düşmüş, sәliqәli saçları
Rjevusskilәrә mәxsus gümüş әşyalar kimi bәrq vururdu. Qadın
belini düz tutub, badә qaldırdı:
– Qoy sizin maraqlarınız, işiniz vә qadınlarınız bir-biriylә
ümumi dil tapsınlar.
– Tәşәkkür edirәm! – Qrubiç qadının vüqarlı duruşuna
heyranlıqla baxırdı.
– Çoxdandır ki, cavan adamla bu cür yaxşı şәrab içmirdim,
– qadın qәdәhi stolun üstünә qoyub, boşqablara yemәk
çәkmәyә başladı.
– Siz kostyola gedirsiniz? – Qrubiç qәfildәn soruşdu.
Qadın diksindi, amma dәrhal özünü әlә aldı.
– Tanrı üçün fәrqi yoxdur: istәr pravoslav kilsәsindә dua
elә, istәrsә dә kostyolda.
– Sizi kostyolda görmüşәm, – Qrubiçin sifәti allandı.
Qadın cavab vermәdi. Bir an sonra sinәsini irәli verib,
tәklif etdi:
– Yaxşısı budur, şәrab süzün, gәlin yaddaşımızın şәrәfinә
içәk. Yaddaş – bizi bu dünyada ucaldan yeganә sәrvәtdir.
Qırmızı şәrab yavaş-yavaş öz tәsirini göstәrmәyә başla-
yırdı. Arabir pәncәrә arxasından tәnha tramvayın gurultusu
eşidilirdi. Qrubiç özünü göyün yeddinci qatında hiss edirdi,
ona elә gәlirdi ki, indiyәcәn muzeylәrdә vә qalereyalarda
dolaşıb, mәhz bu qadını axtarırmış.
– Xahiş edirәm, narahat olmayın, – Aleksey Qrubiç yavaş-
cadan dedi. – Mәn DTX agenti deyilәm. Amma siz dә Kseniya
Boyçuk deyilsiniz, siz – Rjevusskilәr nәslindәn Sobanska-
yasınız. Ata-babalarınız Ukraynada böyük mal-mülk sahibi ol-
   192   193   194   195   196   197   198   199   200   201   202