Page 198 - Danilenko
P. 198
Vladimir Danilenko

ublar. Uzaq qohumlarınızdan biri qraf de Vittanın sevgilisi
olub. Nәticәdә Stanislav Rjevusski, Yelena Rjevusskaya,
Rozaliya Sventsiskaya, ananız Evelina Tışkeviç vә siz dün-
yaya gәlmisiniz.

– Aman Tanrım!.. – qadın polyak dilindә pıçıldadı.
– Norvidin kitabının arxasındakı sәnәdlәri tәsadüfәn aşkar-
ladım, – Qrubiç dedi. – Bağışlayın, kefinizi pozmaq istәmirdim.
– Siz uzun illәr yaddaşımın xәlvәt yerlәrindә gizlәdiyim
sirlәri gün işığına çıxarmısınız, – xanım Karolina kәdәrli sәslә
dedi. – Amma artıq heç nәdәn qorxmuram. Mәn sәksәkә,
qorxu içindә yaşamağa öyrәşmişәm. Ağır hәyat yaşamışam,
hakimiyyәtdәn öz mәnşәyimi gizlәtmәli olmuşam. Valideyn-
lәrimi 1939-cu ildә güllәlәdilәr. Onda Lvovda yaşayırdıq.
Orada Yaroslav Boyçukla evlәndim vә adımı dәyişdim. Sonra
buraya, şәrqә qaçmalı olduq. Әrimi, bәtnimdәki beş aylıq
körpәmi itirdim. Bundan sonra bir neçә dәfә әrә getsәm dә,
uşağım olmadı. Cavan vaxtlarımda dәrdimdәn ölәnlәr çox idi,
amma indi Jitomirdә tәk-tәnha yaşayıram, – qadın ah çәkdi. –
Sağ qalmış qohumlarımdan bir çoxu hazırda Fransada yaşayır.
Qәlbim Ukrayna, Polşa vә Fransa arasında parça-parça olub,
bu parçaları yenidәn bir yerә toplamaq mümkün deyil, çünki
bunun üçün tarixin çarxını geriyә döndәrmәk lazımdır.
Qrubiç birdәn-birә doluxsundu, ürәyi şәfqәt hissiylә doldu.
O, Karolinaya yaxınlaşıb, diz çökdü vә başını onun dizlәrinin
üstünә qoydu. Qadın onun saçlarına sığal çәkmәyә başladı.
Әllәri o qәdәr ehtiraslı vә zәrif idi ki, Aleksey Qrubiç özünü
saxlaya bilmәdi, birdәn-birә Sobanskayanı qucaqlayıb boy-
nunu, sinәsini öpmәyә başladı. Qrubiç onu çarpayıya uzatdı.
198 Parafin şamlarının tutqun işığında yaşlı qadının ehtiraslı
bәdәni ilan kimi qıvrılırdı. Karolina qırış basmış әllәriylә Qru-
biçin köynәyinin düymәlәrini açarkәn o qәdәr hәyәcanlandı
ki, birdәn-birә halı pislәşdi, ağzını tez-tez açıb yummağa
başladı. Aleksey Qrubiç dәrhal ayağa qalxıb, dәrman qutusuna
tәrәf cumdu. Әvvәlcә qadına validol tableti verdi, sonra onun
başını yuxarı qaldırıb, valokordin içmәyә kömәk elәdi.
   193   194   195   196   197   198   199   200   201   202   203