Page 199 - Danilenko
P. 199
rub çağının işığında

Gecә qadın özünә gәldi, halı yaxşılaşdı. Qrubiç onun 199
yanında dayanmışdı, qadının hәr an ölә bilәcәyindәn qorxurdu.
Amma Karolina artıq rahat nәfәs alır, özünü yaxşı hiss edirdi.

Sәhәr tezdәn işә getmәyә hazırlaşan Qrubiç qadını
sәslәyib, kömәk lazım olub-olmadığını soruşdu. Qadın ona
tәşәkkür edib dedi ki, özünü yaxşı hiss edir.

Dәrslәrdәn sonra o, arxivә yollandı vә bir neçә saat
sәnәdlәri araşdırdı. O, mәktәb direktorunun nәsil şәcәrәsini
aydınlaşdırmaq üçün material toplayırdı.

Axşamtәrәfi, soyuq qış günәşi qüruba enmәyә başlayanda
evә qayıdıb qapını açmaq istәdi. Amma qapı içәridәn
bağlanmışdı. Qapının zәngini basdı. Xanım Karolina qapını
açdı. O, artıq başqa paltardaydı. Üzündә qәribә bir ifadә vardı,
xәfifcә gülümsәyirdi.

– Şәrab şüşәsini hәlә içib qurtarmamışıq, – hәyәcandan
qadının sәsi titrәdi.

Qrubiç öz otağına keçdi, paltarını dәyişib, әllәrini yudu vә
qonaq otağına gәldi. Süfrә arxasına keçib şәrab içmәyә, yemәk
yemәyә başladılar. Qrubiç hiss etdi ki, beyni dumanlanır. Elә
bu vaxt Karolina yerindәn qalxıb, arxadan ona yaxınlaşdı.
Ehtiraslı qadın ağır-ağır nәfәs alır, sinәsi tez-tez qalxıb-enirdi.

Qırmızı günәş evin arxasına enirdi. O, başını yavaş-yavaş
çevirib, ölәziyәn gün işığında qadının damarlı әllәrinә,
qırışmış sifәtinә, boynuna baxdı. Çәpәki düşәn günәş işığında
qırışlar daha dәrin, daha qabarıq görünürdü. Yaşlı qadın
bәdәninin qoxusu burnuna dәyәndә, özünü saxlaya bilmәyib,
sir-sifәtini turşutdu. Bunu görәn qadın cәld kәnara çәkildi.

Bir neçә gün bir-birindәn kәnar gәzdilәr, sonra Qrubiç dedi
ki, başqa mәnzilә köçmәk istәyir. Günortadan sonra әşyalarını
topladı, xanım Karolinayla hesablaşdı, ona tәşәkkür edib
vidalaşdı.

Köhnә taxta pillәkәn onun ayaqları altında cırıldadı, sonra
giriş qapısının sәsi eşidildi. Qrubiç Malaya Berdiçevskaya
küçәsinin o üzünә adlayandan sonra dönüb arxaya baxdı.
Pәncәrәnin tül pәrdәsi arxasında qadın silueti görünürdü. O,
qoca numizmatın kolleksiyasındakı sikkәni, daha doğrusu,
sikkәnin üzәrinә hәkk olunmuş insan profilini xatırladırdı.
   194   195   196   197   198   199   200   201   202   203   204