Page 178 - Danilenko
P. 178
Vladimir Danilenko

üzündәki o xal sәnin eşşәk kimi inadkar olduğunu bildirir. Bir

şey beyninә girdisә, sәni heç nә dayandıra bilmәz.

– Bu cür böyük qulaqlar nәyimә lazımdır? – oğlan doda-

ğını salladı.

– Adamın qulaqlarının böyük olması o demәk deyil ki… –

kişi әlindәki qarpız dilimini dişlәdi, qarpızın şirәsi ağzının

kәnarlarından aşağıya süzüldü, – o demәk deyil ki, bu adamın

hansısa çatışmazlığı var. Sadәcә onun estetikası belәdir.

– Qulaqlarımın balaca olmasını istәyirәm, – Boqdan ağlam-

sındı.

– Pis adamların balaca, yastı qulaqları olur, – kişi qarpızı

dişinә çәkdi.

– Hәmin qulaqlardan istәyirәm.

Kiçik pәncәrәnin qarşısında oturan kişi böyük, qara

qarğaya oxşayırdı.

– Sәn Tanrı deyilsәn axı! – kişi hirslәndi. – Bilmirsәn ki,

insan bәdәnindә anadangәlmә nişanәlәr olur? Mәsәlәn,

adamın qulaqlarına baxıb, taleyini әvvәlcәdәn söylәmәk olar.

Әlbәttә, ata-anan bir әtәk pul töküb, qulaqlarını düzәltdirә

bilәr. Amma belә elәsәn, özün dә peşman olacaqsan, Allah

bilir, başına nәlәr gәlәcәk!

– Qoy olsun! – Boqdan sәsini ucaltdı. – Hәr şeyә razıyam,

tәki palazqulaq olmayım.

– Sus, – kişi hirslә onun sözünü kәsdi, – ağzını bәd açma!

Onlar susub, getdikcә uzanan kölgәlәrә tamaşa etmәyә

başladılar. Kişi qarpızın üzәrindә uçuşan milçәklәri әliylә

qovub uzaqlaşdırmağa çalışırdı.

– Siz kimsiniz, nәçisiniz? – oğlan soruşdu.

178 – Hi-hi, – kişi xırıltılı sәslә güldü. – Kim bilir, bәlkә dә,
palazqulaqların kralıyam.

– Elә isә mәn gedim, olar? – oğlan sakit sәslә soruşdu.

– Get! – “palazqulaqların kralı” yenidәn qarpız yemәyә gi-

rişdi.

Evdә oğlanın sir-sifәtindәn zәhrimar yağırdı. O, anası

Zinanın baş-beynini aparmağa başladı – nә yolla olursa-olsun,

qulaqlarını düzәltdirmәk istәyirdi.
   173   174   175   176   177   178   179   180   181   182   183