Page 176 - Danilenko
P. 176
Vladimir Danilenko
– Başqa dәrdim yoxdur da, bu dәqiqә hәr şeyi bir kәnara
qoyub, sәnә nәnәmin qulaqlarından danışacağam, – Qalya
nәnә yenidәn әsnәdi. – Yaxşısı budur, get armud dәr.
“Bu cür qohumlarla qulaqlardan danışmaq mümkün deyil”
– oğlan Kolya dayıgilә yollandı. Onun evi müharibәlәr,
yürüşlәr, siyasi intriqalardan bәhs edәn kitablarla dolu idi.
– Qulaqların barәdә az fikirlәş, – Kolya dayı dedi, – yoxsa
lap çox uzanacaq.
– Necә fikirlәşmәyim, axı hәr gün onları güzgüdә gö-
rürәm? Mәktәbdә hamı mәnә ilişir, adımı “Şәlpәqulaq Boq-
dan” qoyublar.
– Getman Mazepanın1 da qulaqları şeşәydi, filosof Sko-
vorodanınkı2 da.
– Onların qulağı mәnimki kimi uzun ola bilmәzdi, – oğlan
mızıldandı. – Buna bax, gör nә yekәlikdәdir! – o, qulağından
tutub dartdı.
Kolya dayı ona görkәmli insanlar haqqında bir kitab
bağışlayıb dedi:
– Kefin pozulanda bu insanların qulağına bax vә onların
hәyatı haqqında yazılanları oxu, o dәqiqә yüngüllәşәcәksәn.
Amma Boqdan yüngüllәşmәdi.
Bir dәfә Boqdan dostlarıyla çay kәnarına getmәyә
hazırlaşırdı. Elә bu vaxt Qalya nәnә onu sәslәdi:
– Bura gәl, çayda çimmәyә gedirsәn? Bilmirsәn ki, bu gün
çimmәk olmaz?
– Niyә?
– İlya günüdür3, bu gün çimsәn dalından pişipişi çıxacaq.
– Bәs neylәyim?
176 – Dedim axı get armud yığ.
Boqdan qaşqabağını töküb, zәnbili götürdü vә armud
toplamağa yollandı. Yerә düşüb zәdәlәnmiş armudların üzәrinә
arılar qonmuşdu, onlardan biri Boqdanın әlini sancdı. Oğlanın
1İvan Mazepa (1632–1709) – Ukrayna getmanı, Ukraynada I Pyotra qarşı üsyan
qaldırmış, Poltava yaxınlığında döyüşdә mәğlub olmuşdur.
2Qriqori Skovoroda (1722–1794) – ukraynalı filosof
3 İlya – pravoslav müqәddәsi, qәdim vaxtlarda göy gurultusu vә yağış tanrısı