Page 171 - Danilenko
P. 171
nim qarayanız, qıvrımsaç günəşim

yeyir, nә barәdәsә fikirlәşirdi. Onun nә fikirlәşdiyini bilirdim. 171
Yәqin, siz dә tәxmin edirsiniz: musiqi, anam vә mәnim haq-
qımda düşünürdü.

Şam yemәyindәn sonra atam piano çalmağa başladı.
Anamla Alisa mәtbәxdә südlü çay içir, sakitcә söhbәt edirdilәr.
Alisa bir tikә keks götürüb, anama sarı әyildi vә kirimişcә
soruşdu:

– Su kranını düzәltmәyi, sınıq-söküyü tәmir etmәyi baca-
ran kişini niyә atdın?

Anam çay stәkanlarına süd әlavә etdi.
– Bir çox sәbәblәrә görә, – o, tövrünü pozmadan cavab
verdi.
– Mәsәlәn… Hansı sәbәblәrә görә?
Anam bir anlığa tutuldu, demәyә söz tapmadı.
– Mәsәlәn, o, qaranlıq düşәn kimi әsnәmәyә başlayır.
Alisa tәәccüblә qollarını yana açdı:
– Bәs deyirdin ki, yataqda onun әvәzi yoxdur…
– Bu vacibdir, amma әsas mәsәlә deyil.
– Bәs nәdir әsas mәsәlә?.. – Alisa boş fincanı stolun üstünә
qoydu.
– Elә bilirsәn nikah yalnız hәzz almaq üçün lazımdır?
Qonaq otağına keçdik, divanda әylәşib, musiqi dinlәmәyә
başladıq. Atam pianoda Silvestrov tanqosunu ifa edirdi. Eks-
pressiv bas sәslәri qulaq oxşayırdı. İnsan qәlbinin bütün zid-
diyyәtlәrini vә ehtiraslarını ehtiva edәn bu musiqi son dәrәcә
zәngin, eyni zamanda mübhәm tәsir bağışlayırdı. Baxus
divanın üstünә atlanıb yalanmağa başladı, sonra arxası üstә
uzanıb tavana zillәndi.
– Әsas mәsәlә nәdir? – Alisa sualını tәkrarladı. Onun
gözlәri iki metal qrivnaya oxşayırdı.
– Qulaq as, – anam barmağını dodağına tutub, susmaq
işarәsi verdi.
Musiqi sәslәri titrәyir, yay kimi yığılıb-açılır, pәrdә-pәrdә
әtrafa yayılırdı. Xiffәt, mәyusluq, hiddәt, sevinc, fәrәh notları
ilә süslәnmiş bu musiqi son vaxtlar ailәmizin başına gәlәnlәri
   166   167   168   169   170   171   172   173   174   175   176