Page 169 - Danilenko
P. 169
nim qarayanız, qıvrımsaç günəşim

üçün yaradılıb. Belә qadınlar әsl brilyantı saxtasından ayıra 169
bilәn zәrgәr kimidirlәr, onlar istedadlı adamları dәrhal
fәrqlәndirirlәr. Onlar qeyri-adi, istedadlı kişilәri axtarıb tapır,
ömürboyu hәmin kişilәrlә yaşamağa üstünlük verirlәr.
Doğrudur, onların arasında acıdil, tündxasiyyәt qadınlar da
tapılır. Donna üçün istedadlı kişi hәr şeyin fövqündә dayanır.
Qadın onun ilham qaynağına çevrilir, şöhrәtiylә fәxr edir. Don-
nalar üçün memarlıq incilәri yaradır, musiqi bәstәlәyir, sonet
yazırlar. Tәәssüf ki, sizin ailәnizdә başqa problem dә var.
Valideynlәriniz orta yaş böhranı keçirir. Onlara elә gәlir ki,
hәlә gec deyil, hәr şeyi yenidәn başlamaq olar, – o, susub öz
nәfәsini dinlәmәyә başladı, sanki yoxlamaq istәyirdi ki, görsün
hәlә yaşayır, yoxsa yox? – İntibah dövrünün filosofu Marsilio
Fiçino yazır ki, sevәn insanlar öz ruhlarını bir-birinә bağışlayır,
yәni eqoizmdәn uzaqlaşır vә sevdiyinin marağını güdür. Sevgi
– Tanrıyla ünsiyyәt demәkdir. Beatriçe olmasaydı, Dante dә
olmayacaqdı. Doğrudur, hәlә Dantenin sağlığında Beatriçenin
real insan olması haqqında şübhәlәr vardı.

O susub, gözlәrini yumdu. Rebkalo sanki yuxuya getmişdi.
Sakitcә qәhvәdәn bir qurtum içdim, fincanı nәlbәkiyә qoyanda
o, gözlәrini açdı, başa düşdüm ki, çox halsızdır, sadәcә gücünü
qorumağa çalışır.

– Sualınıza cavab verә bildim?
Sәsi çox zәif çıxırdı. Mәnә elә gәldi ki, sәsini özü dә güclә
eşidir.
– Әlbәttә, çox sağ olun! – mәni qәhvәyә qonaq etdiyinә
vә qәdim filosoflardan sitatlar gәtirdiyinә görә ona tәşәkkür
etdim.
Rebkalo xırda addımlarla qapıya doğru getdi, çәtinliklә
yeriyir, elә bil arxasınca sitat dolu kisә sürüyürdü. O, qapını
açıb, gözümün içinә baxa-baxa zәif sәslә dedi:
– Valideynlәriniz bir-biriylә dil tapmasa, ürәyinizә sal-
mayın, özünüzü kişi kimi tәmkinli aparın, çünki bu, hәyatdır,
hәyatda hәr şey ola bilәr.
Onun әlini bәrk-bәrk sıxdım, gözlәrinә çökmüş ağrı-acını
görәndә özümü itirdim, üzr istәyib, dal-dalı çıxışa sarı çә-
   164   165   166   167   168   169   170   171   172   173   174