Page 167 - Danilenko
P. 167
nim qarayanız, qıvrımsaç günəşim

dağılır, hәyat mәnasını itirir. Hiss edirdim ki, neft lampası üçün 167
ürәyi gedәn Anton Ptuxa atamı evdәn didәrgin salacaq; atam
Denqayla, anam başabәla rәssamla yaşamağa başlayacaq; mәn
tәk-tәnha qalacağam.

Beynimdә qәribә fikirlәr dolaşmağa başlamışdı. Arzu
edirdim ki, Alisa Sisalyuk Ptuxanı başdan çıxarsın; vergidәn
yayındığına görә Ptuxanı hәbs etsinlәr vә ya o, ağır yol
qәzasında şikәst olsun, yaxud öz “Vepr”indә Patondan1 aşıb
boynunu sındırsın.

Nәhayәt, elә bir şey fikirlәşib tapdım ki, bu barәdә
danışmağa belә utanıram. Ptuxaya qarşı elәdiyim hәrәkәt
haqqında irәlidә danışacağam. Bu hәrәkәti elәdikdәn sonra
Nujnının evindәki konsert zamanı tanış olduğum adamın vizit
kartını tapdım vә onunla görüşmәk qәrarına gәldim. Onun
mobil telefonunun nömrәsini yığdım, birazdan dәstәkdәn zәif
sәs eşidildi:

– Eşidirәm.
– Lev Rebakalodur?
– Siz kimsiniz?
Onun sәsi uzaqdan, sanki dünyanın o başından gәlirdi.
– Adım Vyaçeslav Lunyodur. Sizinlә cәnab Nujnının evin-
dә tanış olmuşuq, – tәlәsik dedim.
Mәnә elә gәldi ki, indicә mәni başından elәyәcәk, nәsә
mızıldanıb dәstәyi asacaq.
– Siz Yevgeni Lunyanın oğlusunuz?
– Hә.
– Mәnimlә nә barәdә danışmaq istәyirsiniz?
Birdәn-birә mәni tәr basdı, hiss etdim ki, dilim ağzımda
böyüyür.
– Sizin fәlsәfi araşdırmalarınız haqqında, – dilim dolaşa-
dolaşa dedim.
Araya gәrgin sükut çökdü.
– Nәyi nәzәrdә tutursunuz?.. – o, ehtiyatla soruşdu.
– Qadınlarla kişilәr arasında münasibәtlәri.
– Bu, sizin nәyinizә lazımdır ki?..

1Paton – Kiyevdә Dnepr üzәrindә körpü
   162   163   164   165   166   167   168   169   170   171   172