Page 163 - Danilenko
P. 163
nim qarayanız, qıvrımsaç günəşim

– Bir milyonerin qızına fәrdi dәrs keçirәm. Hәftәdә beş 163
mәşğәlә. Konservatoriyaya girmәk istәyir.

– Yaxşı oxuyur?
– Ondan da pis oxuyanlar var, – atam çox dalğın görü-
nürdü. – Görüşdüyün qız var?
– Nә qız? Kefdәn danışırsan, – dәrhal cavab verib, albalı
piroqunu tәpişdirmәyә başladım. Hiss etdim ki, yanağım
alışıb-yanır.
Pulları cibimә qoydum. Atam sakitcә oturub, mәnim
yemәk yemәyimә tamaşa elәyirdi. Bu dәqiqәlәrdә o, mәnә
hәm çox doğma, hәm dә yad adam tәsiri bağışlayırdı. Mәnә
elә gәldi ki, düşdüyümüz vәziyyәt onun da ürәyindәn deyil.
Sanki özündәn çox, mәnә yazığı gәlirdi, başını aşağı salıb
oturmuşdu. Yox, mәn bununla barışa bilmәzdim – elә bil
doğma atamı әlimdәn alıb, yerinә başqa adam sırımağa
çalışırdılar. Vә bu yad adam qәtiyyәn xoşuma gәlmirdi.
Mәn badamlı piroq yemәyә başlayanda, anamla Ptuxa “Üç
durnabalığı”na gәldilәr. Ptuxa quzu dәrisindәn yaxalığı olan
uzun palto, layka әlcәklәr, bahalı çәkmә geymişdi. Anam bizi
görәndә bir anlığa karıxdı, sonra özünü әlә alıb, bizә yaxın-
laşdı:
– Yemәk yemәyә abırlı yer tapmadınız?
– Bәs siz? – atam istehzayla gülümsündü.
– Sәnlik deyil, – anam pәrt oldu.
Ptuxa stolumuza yaxınlaşdı, atamı başdan ayağa süzüb,
salamsız-kәlamsız dedi:
– Danışaq?
O, arxasına baxmadan çölә çıxdı, atam qalxıb onun arxa-
sınca getdi. Anamla mәn dә çölә çıxdıq. Ptuxa öz “Vepr”ini
yemәkxananın qabağında saxlamışdı.
– Gәl bu mәsәlәni birdәfәlik hәll edәk, – Ptuxa dişini-
dişinә sıxıb dedi. – Sәni bir daha bu rayonda görmәyim.
– Sәn kimsәn, Darnitsanın komendantı? – atam tövrünü
pozmadı.
– İstәmirәm bu qadının hәyatını zәhәrlәyәsәn, – Ptuxa
   158   159   160   161   162   163   164   165   166   167   168