Page 160 - Danilenko
P. 160
Vladimir Danilenko

Privoz bölgәsindә, Xarkovun biskvit fabrikindә, Zasyadko
adına kömür mәdәnindә ukrain dilindә danışanların sayı-
hesabı yoxdur. Artıq ukrain xalqı öz dilindәn, tarixindәn,
mәdәniyyәtindәn utanmır, dünyanın azad xalqları arasında
gözәl, dolğun, xobәxt hәyat sürür”.

Mәn mürәkkәb söz önlüklәrinin yazılış qaydasını, durğu
işarәlәrinin yerini izah etmәyә başladım. Amma get-gedә
әsәbilәşir, özümdәn çıxırdım. Sanki mәni hamının gözü
qarşısında aldadır, hәm dә buna inanmağa mәcbur edirdilәr.
Alla İvanovna sonuncu cümlәni deyib qurtaran kimi özümü
saxlaya bilmәyib dedim:

– Utanır, özü dә necә!
– Nә dedin, Slava?!. – müәllimәnin gözlәri bәrәldi.
– Deyirәm, tәnәffüsә zәng vurulan kimi, uşaqların yarısı
“ümumişlәk” dildә danışmağa başlayacaq.
– Ola bilmәz! – Koropetsin rәngi allandı.
– Siz özünüz dә, Alla İvanovna, bülbül nәğmәsini xatır-
ladan dildә danışmaqdan utanırsınız. Tәnәffüsdә coğrafiya
müәllimi ilә öz dilimizdә danışmırdınız.
– Nә deyirsәn?! – müәllimә hirslәnib, әlindәki çubuğu
stola çırpdı. – Gündәliyini bura ver! Sabah valideynsiz
mәktәbә gәlmә!
Gündәliyimi ona verdim. Koropets hüsn-xәttlә gündәli-
yimә yazdı: “Ukrain dili dәrsini pozdu. Valideynlәrdәn xahiş
edirәm, tәcili mәktәbә gәlsinlәr”.
– Neylәmisәn ki? – evdә anam ciddi sәslә soruşdu.
– Hәqiqәti dedim.
– Hansı hәqiqәti?
Ona heç nәyi izah etmәk istәmirdim, onsuz da, sabah hәr
160 şeyi tәkrarlamalı olacaqdım. Ertәsi gün müәllimlәr otağında
Alla İvanovna Koropets qolumdan tutub hiddәtlә sözә başladı:
– Özün de! Sәni yedirәn, geydirәn anana etiraf et ki,
dövlәtimizin müqәddәs rәmzlәrindәn birinә qarşı hörmәtsizlik
etmisәn.
– Necә hörmәtsizlik edib, nә deyib?! – anamın rәngi qaçdı.
– Dedi ki, Taras Şevçenkonun, İvan Frankonun, Lesya Uk-
rainkayanın yazdığı, danışdığı dildәn bir çoxları utanır, tә-
   155   156   157   158   159   160   161   162   163   164   165