Page 161 - Danilenko
P. 161
nim qarayanız, qıvrımsaç günəşim

nәffüsdә başqa dildә danışmağa üstünlük verir. Belә dә dedi! 161
Bundan başqa, oğlunuz hamının gözü qarşısında öz müәlli-
minin nüfuzuna xәlәl gәtirmәyә çalışırdı. Bir sözlә, ona öz
fikirlәrini ifadә etmәyi, vәtәni sevmәyi öyrәdәn müәllimi pis
vәziyyәtdә qoydu. Liliya Avksentiyevna, sizin Slavikdәn belә
şey gözlәmәzdim. Ona dәrs keçdiyimә, elm öyrәtdiyimә görә
mәnә belә minnәtdarlıq elәyir? Mәni biabır etmәk istәyirsәn,
hә? Doğru danışsaydı, dәrd yarıydı! Hәmkarlarım şahiddir!

Büzüşüb dayanmışdım, müәllimlәr otağında hamı mәnә
mәzәmmәtlә baxırdı. Utandığımdan yer yarılsaydı, yerә
girәrdim. Elә bu vaxt coğrafiya müәllimi içәri girdi. O,
yanımızdan ötüb, әlindәki qlobusu stolun üstünә qoydu vә
Tambov kәndlisi sayağı fısıldadı:

– Alla İvanovna, sizin Tixorenko yenә içib.
– Yaxşı, Pyotr Semyonıç, ölçü götürәrik, – Alla İvanovna
rus dilinә keçdi vә yuxudan ayılıbmış kimi, dәrhal sözü
dәyişdi.
O, anamla mәni müәllimlәr otağından çıxardı vә söhbәti
dәhlizdә davam etdirdi. Müәllimә artıq xeyli yumşalmışdı. Bu-
rada anama dedi ki, mәn onun әn yaxşı şagirdlәrindәn biriyәm,
ümumiyyәtlә, ağıllı, tәrbiyәli uşağam. O, anamın qolundan
tutub, mәrhәm sәslә әlavә etdi:
– Slavikin yaddaşı diktofon kimidir. Bir dәfә eşitdiyini
yaddaşına hәkk edir. Ona heç nәyi ikinci dәfә tәkrarlamaq
lazım deyil. İşdi, olub! Hamısı hormonların bolluğundandır.
Bu yaşda belә şeylәr olur. Yәqin, bir daha belә iş tutmaz.
Elәdir, Slavik? – mülayim sәslә danışan müәllimә saçlarımı
qarışdırdı.
Evdә anam abrımı әtәyimә bükdü. Xeyli danlayandan
sonra әlavә etdi ki, yolumu azmışam, böyük-kiçik tanımıram.
Soruşdu ki, bәlkә, sәhәr tezdәn qәhvә içdiyimә görә özümü
apara bilmirәm. Doğrudan da, sәhәr qәhvәsini tünd elәmişdim.
Әvvәllәr belә tünd qәhvә içmәzdim, amma gecәni pis yat-
mışdım deyә dalbadal iki fincan qәhvә içmişdim. Başıma gә-
lәnlәrә baxmayaraq, peşman deyildim. İş burasındadır ki,
mәktәbdә dediklәrim hәqiqәt idi. Bütün sinif qarşısında mәni
   156   157   158   159   160   161   162   163   164   165   166