Page 162 - Danilenko
P. 162
Vladimir Danilenko
üzr istәmәyә mәcbur etsәydilәr belә, dәrsdә dediklәrimi tәkrar-
layacaqdım. Anam fikirlәşirdi ki, bunların hamısı ailәmizdәki
dedi-qoduya görәdir. O, bir dәfә Alisaya belә demişdi:
– O, bizә görә çox narahatdır.
Amma, bәlkә dә, mәhz bu mәsәlәdә sәhv edirdi.
“Bolşoy karman”da macәra
Böyüklәrә göz qoyub, onların davranışını müşahidә
etdikcә, elә yeniyetmә kimi qalmaq istәyirәm. Bәzәn yaşlı
adamlar elә qaba hәrәkәtlәr elәyirlәr ki, İya Brailko onların
yanında toya getmәlidir. Mәnim valideynlәrimi götürәk. Nә
olsun ki, atam işini itirmişdi. Mәgәr buna görә hәr şeyin
üstündәn xәtt çәkmәk lazım idi? Hәyatdır – bu gün itirirsәn,
sabah tapırsan. Görünür, bütün problemlәr temperamentlәrin
müxtәlifliyindәn qaynaqlanır. Anam çox ehtiraslı, enerjilidir,
hәr şeyi elә bu gün әldә etmәk istәyir, atam isә onun
istәdiklәrini vaxtında çatdırıb, verә bilmir. Nәticәdә alәm bir-
birinә dәyir, anam Ptuxayla görüşmәyә başlayır, atam isә
Denqanın cәnginә keçir. Bilmirәm, atam o mәnfur qadının
nәyinә aşiq olub… Mәnә elә gәlir ki, günahın çoxu anamdadır.
Evdә ilk dәfә o, qalmaqal saldı, sonra da gedib Ptuxaya ürcah
oldu. Hiss edirәm ki, son vaxtlar atam evә qayıtmağa
meyillidir, mәni, anamı tez-tez görmәk istәyir.
Saat dörddә onunla “Bolşoy karman”ın yanında görüşdük.
Mәni “Üç durnabalığı” yemәkxanasına apardı. Borş, göbәlәklә
hazırlanmış balıq ruleti, albalı piroqu vә yaşıl çay sifariş etdi.
– Necәsәn? – soruşdu.
– Belә dә, yaxşı deyilәm, – dilucu cavab verdim.
162 – Niyә?
– Sәnin öz hәyatın var, anamın öz hәyatı…
– Anan neylәyir?
– Hәmişәki kimi, sәhәrdәn axşama işlәyir.
O, portmanatını çıxarıb, mәnә iki yüz qrivna uzatdı.
– Götür.
– Deyәsәn, pullanmısan…