Page 172 - Danilenko
P. 172
Vladimir Danilenko
ifadә edirdi. Mәnә elә gәlirdi ki, atamla anam tanqo oynayır,
Alisa, mәn vә Baxus isә heyranlıqla onlara tamaşa edirik.

– Onda nә tapmısan axı? – Alisa susmaq bilmirdi.
– O, piano çalanda hәr şeyi unuduram, nә olsun ki, qarnı
sallanıb, şalvarı әzik-üzükdür, pul qazana bilmir, – anam sakit
sәslә cavab verdi.
– Demәli, hәr şeyi ona bağışlayırsan?..
Anam cavab vermәdi. Atam Silvestrov tanqosunu çalıb
qurtarandan sonra anam ona yaxınlaşdı, әlini uzadıb saçlarını
qarışdırdı. Üz-gözündәn bәxtәvәrlik yağırdı.
– Mәnim qarayanız, pırtlaşıq saçlı günәşim, – anam dedi.
Atamı mәn dә sevirәm, amma yaxşı musiqiçi olduğuna
görә yox, sadәcә atam olduğuna görә.

172
   167   168   169   170   171   172   173   174   175   176   177