Page 208 - Danilenko
P. 208
Turovetsdә futbol
Kim deyir ki, imperiyalar vә şәhәrlәr işğal olunduqdan
vә ya iqtisadiyyatının bünövrәsi sarsıldıqdan sonra
süquta uğrayır? Amma bütün bunlar yalnız nәticәdir, bunu
bilmәk üçün alim olmaq lazım deyil. Tәnәzzülün әsas sәbәbi –
prinsiplәrin tәhqir olunması, murdarlanmasıdır. Bunu sübuta
yetirmәk üçün Turovetsin başına gәlәnlәri danışacağam.
Hәr şey adi futbol oyunundan başladı. Futbol qaydalarına
riayәt olunmaması mәhz belә xoşagәlmәz nәticәlәr doğurdu.
Hәmin il tırtıllar hәr yeri başına götürmüşdü. Meşәyә
moruq toplamağa gedәnlәr, qәribә mәnzәrәylә üzlәşirdilәr.
Tırtıllar ağaclara daraşıb, yarpaqları yeyir, onların ifrazatı yay
yağışını xatırladırdı.
– Yaxşı әlamәt deyil, – yaşlı qadınlar deyirdi. – İndiyәcәn
belә şey görmәmişdik.
Sözügedәn futbol oyunu mәhz hәmin yayda baş tutdu. Tu-
rovetsin yığma komandası ilә Staraya vә Novaya Kotelnya
yığması arasında futbol turniri tәşkil olunmuşdu. Mәhz bu
turnirdәn sonra Turovetsdә futbol oynamağa son qoyuldu vә
kәnd bu biabırçılıqla barışmalı oldu.
İsti yay axşamı idi, günәş meşәnin üzәrinә әyilmәyә
başlamışdı. Elә bu vaxt sәrxoş Styopka kәrәnay çalmağa
başladı: tir-ra-ra, tira-ra, tira-ra, tira-ra-ra-ra. Sanya, Vitka,
Valik, Lyodzik, Kolka Busol vә mәn gölün kәnarında oturub,
balıq tuturduq. Busol Lyuska Vatskovskayanı sevirdi. Busolun
on altı yaşı vardı, biz ona yaşlı adam kimi baxırdıq.
– Sevgi nәdir? – Lyodzik ondan soruşdu.
208 – Sevәn adamın ürәyini sanki közәrmiş dәmirlә dağla-
yırlar, – Busol tilovunu tәrpәtdi.
– Belә ağrılıdır?
– Hә! – Busol qarmağa keçmiş dabanbalığını yanındakı
alüminium bidona atdı.
Sürtülmüş şalvar, dama-dama köynәk geymiş Busol
gözünü qarovula zillәyib, tum çırtlayırdı. Günәş qüruba enәn-
dәn sonra tilova daha çox balıq düşmәyә başladı. Elә bu vaxt