Page 211 - Danilenko
P. 211
ovetsdə futbol
Cavabında Alyam burnunu çәkib, dedi ki, zәhmәt çәkmә- 211
dәn yaşamaq istәmir vә mәhz burada ömür sürüb, qocalmaq
fikrindәdir.
– Zarafat elәmirәm, – Kolya dayı әsәbilәşdi. – Әn böyük
arzum bu gölün sahilindә nә sәni, nә dә vağları görmәmәkdir.
Alyam Turovets futbol komandasının maliyyә problemlә-
rini hәll etmәyi öz üzәrinә götürmüşdü. Hәmin günün axşamı
Alyamla Busol Kolya dayının yanına gәlib, nә barәdәsә uzun-
uzadı söhbәt etdilәr. Kolya dayı Alyamın gözünün içinә
zillәnib soruşdu:
– Alik, nә vaxt әsgәrliyә gedirsәn?
– Hәlә üç ildәn sonra, Kolya dayı.
– Forma almaq vә mәşqçi tutmaq üçün sizә pul verәcәyәm, –
Kolya dayı dedi, – amma, Alik, bundan sonra sәni gölün sahi-
lindә görsәm, mәndәn incimә. Sәnin üçün üç illik karantin elan
edirәm.
– Yaxşı, – Alyam könülsüz razılaşdı.
Razılaşmaya uyğun olaraq, Kolya dayı üstünә “Diri balıq”
yazılmış sisterni traktorun yedәyindә şәhәrә apardı; balığı
satıb, komanda üçün toplar, forma aldı vә Boris Feldblyumla
müqavilә bağladı. Belәcә, Feldblyum Turovetsin futbol
komandasını mәşq etdirmәyә başladı.
Komanda bütün yayı mәşq elәdi. Oğlanlar qan-tәr içindә
komandanın hücum vә müdafiә xәttini güclәndirir, driblinq
etmәyi öyrәnirdilәr. Novaya Kotelnyada keçirilәn ilk oyunda
komandalar heç-heçә oynadılar vә bu, mövsümün sensasiyası
oldu. Әtraf kәndlәrin futbol komandalarına qәnim kәsilmiş
Kotelnya komandası öz sahәsindә güclә heç-heçә elәdi. Qolu
Nikolay Busol vurdu. Son dәqiqәlәrdә tәyin edilmiş penalti
olmasaydı, kotelnyalılar oyunu uduzacaqdılar. Jora Lapayın
sayәsindә biabırçılıqdan qurtuldular. İndi hәr şey Turovetsdә
baş tutacaq oyundan asılı idi.
Bir dәfә mәn, Sanya vә Nikolay Busol Lyuskagilin evinin
yanından keçirdik. Gördük ki, Jora Lapay vә Lyuska bağda,
alma ağacının kölgәsindә oturublar; onların qarşısındakı sinidә
bir şüşә şәrab, mer-meyvә vardı. Hava bürkülü idi. Lyuska