Page 153 - Danilenko
P. 153
nim qarayanız, qıvrımsaç günəşim

Kolbasa da gәtirmişәm. Bәs donuz budu hanı? Yolda oğur- 153
lamış olmasınlar… Yox, burdadır.

O, danışa-danışa gәtirdiylәrini sәbәtdәn çıxarır, mәn onları
böyük, bәzәkli kasaya qoyurdum.

– Milad bayramını gözlәmәdim, elә indidәn donuzu
kәsmәk qәrarına gәldim. Çox böyümüşdü, o qәdәr yeyirdi ki,
yem çatdıra bilmirdim.

Baxus nәnәmә yaxınlaşdı, qabaq pәncәlәrini sәbәtin üs-
tünә qoyub, qoxlamağa başladı.

– Nә sırtıq heyvandır. Görürәm, burada pis yaşamırsan.
Siçan tutmağa ehtiyac yoxdur. Yeyib yatırsan, vәssalam.

Baxus quyruğunu qaldırıb, onun ayaqlarına sürtünür, gö-
zünün içinә baxırdı.

– Gәl görüm, gonbul yaramaz, – Pavlina nәnә onu tumar-
ladı.

– Slavik, bura gәl, – anam mәni sәslәdi.
Yataq otağına keçdim.
– Hazırlaş, get atanı çağır gәlsin. De ki, Pavlina nәnә gәlib.
Sәnә pul verәcәyәm, buraya yazdıqlarımı alarsan, – anam ağ
vәrәq götürüb, siyahı tutmağa başladı.
– Ona zәng elәyim.
– Zәng elә, amma әrzağı indi al gәtir.
Paltarımı geyinib, evdәn çıxdım. Küçәdә atama zәng
elәdim. Uzun müddәt dәstәyi qaldıran olmadı. Nәhayәt,
Denqanın sәsini eşitdim:
– Alo, Slavik, sәnsәn? İşlәr necәdir?
– Pis deyil, – könülsüz cavab verdim.
Onun ucadan sәslәndiyini eşitdim:
– Dәstәyi götür, Slava zәng elәyib, – sonra mәnә mәlumat
verdi: – Әl-üzünü yuyur, gözlә, gәlir.
Denqanın ona “sәn” deyә müraciәt etmәsi xoşuma gәl-
mәdi. Axı atam onun müәllimiydi, ondan on beş-on altı yaş
böyük olardı.
– Slava?.. Nә olub? – atamın sәsi eşidildi.
– Pavlina nәnә gәlib.
– Hardadır?
   148   149   150   151   152   153   154   155   156   157   158