Page 151 - Danilenko
P. 151
nim qarayanız, qıvrımsaç günəşim

(“kәpәnәk öpüşü”), daha sonra eskimos öpüşünә, lap axırda 151
fransız öpüşünә keçmәk olar. Hiss olunurdu ki, İya tәcrübә-
sizdir, öpüşlәr haqqında heç oxumayıb, bilmir. Qızdan pişik,
süd vә içki qoxusu gәlirdi, heç cür başa düşmürdüm ki,
böyüklәr belә şeylәrdәn necә hәzz alır? İstәnilәn halda,
mәhәbbәt mәsәlәsiylә bağlı mәnim yalnız nәzәri biliklәrim
vardı, qız isә – praktik idi.

– Mәn işimi bitirdim, – boynuma sarılıb xumarlanın İya
dedi.

– Saat neçәdir? – özümә gәlib soruşdum.
O, saata baxıb, әl-ayağa düşdü:
– Tez ol. İndicә gәlәcәklәr.
Tәlәm-tәlәsik paltarımı geyindim vә sәndirlәyә-sәndirlәyә
qapıya doğru yönәldim.
– Yeri, yeri, tәlәsmәk lazımdır! – İya mәni arxadan itәlәdi.
Küçәyә çıxanda ürәyim bulandı. Yaltinskaya küçәsindә bir
qaranlıq hәyәtә girdim vә qaytarmağa başladım. Sonra daşın
üstündә oturub, dәsmalla ağzımı sildim. Xeyli yüngüllәşdim,
hiss etdim ki, artıq rahat yeriyә bilәrәm. Yaxınlıqdakı köşkdәn
nanәli saqqız alıb evә getdim.
– Hardaydın? – içәri girәn kimi anam soruşdu.
– Sinif yoldaşlarımla birgә ad günümü qeyd edirdik.
Anam arağın qoxusunu hiss etmәsin deyә nәfәsimi içimә
çәkib, ayaqqabılarımı çıxardım. Gödәkcәmi asılqandan asıb,
öz otağıma keçmәk istәyirdim ki, anamın sәsi eşidildi:
– Belaya Serkovdan zәng elәyiblәr, xaç anan sәni tәbrik
elәmәk istәyir, – o, öz telefonunu mәnә uzatdı.
Soyuq telefonu qulağıma tutdum:
– Slava, sәni tәbrik etmәyi unutmuşdum, – xaç anam, az
qala, qışqırırdı. – Sәni haçandır görmürәm? İki ildir? Sәnә xoş
günlәr arzulayıram, tez böyü, ata-anana layiqli övlad ol!
Dәstәyi anana ver, ona da sözüm var.
Telefonu anama verib, öz otağıma keçdim, musiqiyә qulaq
asmağa başladım. Fikirlәşdim ki, İyaya mavi qızılgüllәr
hәdiyyә etmәk lazım idi. Çünki bu güllәr mәndәn çox ona
   146   147   148   149   150   151   152   153   154   155   156