Page 149 - Danilenko
P. 149
nim qarayanız, qıvrımsaç günəşim

nü qeyd elәyәk. 149
– Valideynlәrin nә vaxt gәlir?
– Saat yeddidә.
İya çay dәmlәdi, qırmızı çay servizini stolun üstünә düzdü,

tort kәsdi vә şampan şәrabı üçün qәdәhlәr götürdü.
– Yaxşı, süz görәk!
Şüşәni götürüb, folqanı açdım, tıxacı çıxarmaq istәyәndә,

köpüklü şampan şәrabı fışıltıyla axıb İyanın üstünә töküldü.
– Aa-a… – qız ciyildәdi.
Hәyatımda ilk dәfәydi ki, şәrab şüşәsi açırdım, yöndәm-

sizliyimә görә ürәyimdә özümü qınadım.
– On dörd yaşın mübarәk! Ümid edәk ki, nәhayәt, şüşәni

açmağı öyrәnәcәksәn, – İya qәdәhini mәnim qәdәhimlә toq-
quşdurdu.

Şampan şәrabı içmәyә başladıq, ailә problemlәri, Denqa,
Ptuxa, bütün narahatlıqlar yaddan çıxdı. İya ilә özümü yaxşı
hiss edirdim, çünki o, özünü böyük qadınlar kimi aparırdı.
Ondan soruşdum ki, özünü neçә yaşında hiss edir?

– On üç yaşında olmağıma baxma. Özümü otuz yaşlı qadın
kimi hiss edirәm, – İya cavab verdi. – Bәs sәn?

– Mәn hәmişә tez böyümәyә çalışmışam. Anam deyir ki,
mәn qoca kişiyә oxşayıram, hәyatın hәr üzünü görmüş, yaşa-
maqdan doymuş yaşlı adama. Anan harda işlәyir?

– Mazepada bir kontor var, orada. “Avropaya doğru Dörd-
nala” adlanır, eşitmisәn?

– Bәs atan?
– Avtomexanikdir. Bәs sәninkilәr?
– Anam alman dilini tәdris edir, atam – pianoçudur. Amma
ayrılıblar.
Birdәn-birә hiss etdim ki, boğazım quruyur – bu sözü ilk
dәfәdi ki, dilimә gәtirirdim, istәr-istәmәz qәdәhi götürüb
başıma çәkdim.
– Çoxdan ayrılıblar.
– Bu yaxınlarda.
Şәrabı içib qurtardıq. Qız tәklif etdi:
   144   145   146   147   148   149   150   151   152   153   154