Page 152 - Danilenko
P. 152
Vladimir Danilenko
lazımdır. Yuxuya gedәrkәn qәrara aldım ki, belә dә edәcәyәm.

Pavlina nәnәnin gәlişi

Ad günümdәn sonra Pavlina nәnә bizә gәldi. Onun tele-

fonu yox idi, bizә xәbәr vermәdәn gәlmişdi. Bәxti gәtirmişdi –

keçәn dәfәki kimi yol azmamışdı. Hәm dә o gәlәndә anamla

mәn evdәydim, yoxsa, Allah bilir bu böyük vә yad şәhәrdә

haralara gedib çıxacaqdı. Qapının zәngi çalındı, anam göz-

lükdәn baxıb, tәlәsik qapını açdı.

– Salam, xoş gördük! Göz dәymәsin, böyük oğlan olmu-

san!

Pavlina nәnә anamı vә mәni öpdü.

– Nә gözünü zillәmisәn? Kәndçi nәnәn üçün darıxmısan?

– Keçә çәkmәlәrinizә söz ola bilmәz! Әla çәkmәlәrdir, –

onun çәkmәlәrinә toxundum.

– Slavik, sәn dә әla oğlansan! Neçә yaşın oldu? On beş?

Nә tez böyüdün?

– On dörd yaşım oldu.

– Evlәnmәk vaxtıdır.

O, qalın gödәkcә, qaloşa keçirilmiş keçә çәkmә geymiş,

başına böyük dama-dama örpәk bağlamışdı. Әlindә söyüd

çubuqlarından hörülmüş ağır zәnbil tutmuşdu.

– Bәs Jenya hanı? – Pavlina nәnә içәriyә boylandı.

– Konservatoriyadadır, – anam cavab verdi.

– Nә vaxt gәlәcәk?

– Bilmirәm, – anam qızardı. – Buyurun, içәri keçin.

– Yuxuda Jenkanı görmüşәm, gözümә yaxşı dәymәdi. Sә-

152 hәr tezdәn oyanıb, fikirlәşdim ki, gedib dәymәk lazımdır, gö-
rәk nә var, nә yox? Bәlkә, nәsә baş verib? Qonşudan xahiş

etdim donuzu yemlәsin, axşam toyuqları hinә salsın, tülküyә

qismәt olmasın. Bir az pul götürüb yola çıxdım. Sizә kәnddәn

pay da gәtirmişәm.

Gödәkcәsini vә keçә çәkmәlәrini çıxarmağa kömәk etdim.

– Bax, Slavik, sәnә nә gәtirmişәm, – Pavlina nәnә sәbәti

ortaya çәkdi. – Görürsәn? Donuz piyi. Özüm hisә vermişәm.
   147   148   149   150   151   152   153   154   155   156   157