Page 147 - Danilenko
P. 147
nim qarayanız, qıvrımsaç günəşim

yıram! Bu gün bizә baş çәk. Sәni gözlәyәcәyik. Babanla mәn 147
sәnә sürpriz hazırlamışıq.

Mәktәbdә İrena Populax bütün sinfin adından mәnә mavi
qızılgül buketi hәdiyyә etdi, yaşıl gözlәrini qırpa-qırpa,
әzbәrlәdiyi cümlәlәri dedi:

– Çin folklorunda mavi qızılgül әlçatmaz sevgiyә qovuş-
mağın rәmzidir. Qoy bu güllәr arzularına çatmağa kömәk
etsin.

Hamı sәs-küylә alqışlamağa başladı.
Dәrsdәn sonra konservatoriyaya, atamın yanına getdim.
O, mәnә tәzә kvars saatı bağışladı. Bilirdi ki, bu saatdan
xoşum gәlir.
– Nә var, nә yox?
– Heç nә yoxdur, – başımı aşağı saldım.
– Yaxşı, get evә. Mәn hәlә işlәmәliyәm.
Podola yollandım, Solya nәnә evdә deyildi, harasa
çıxmışdı. Avksenti baba mәnә beş yüz qrivna verdi.
– Götür, özünә nә istәyirsәn al. Nәnәnlә mәnim hәdiy-
yәmdir.
Mәnә elә gәlirdi ki, hamı mәni tәbrik edib, hәdiyyә verib,
başından elәmәk istәyir. Evә gәlәndә gördüm ki, Alisa Sisal-
yuk bizdәdir.
– Tәbrik edirәm, gözәl oğlan, – Alisa yanağımdan öpdü. –
Al, bununla dәftәrindә gözәl şeylәr yaz. – Mәnә qutuda bahalı
parker qәlәmi hәdiyyә etdi.
– Sağ olun! – razılıq edib, әlimdәki buketi anama uzatdım.
– Bu güllәr hardandır?
– Mavi qızılgüllәrdir, ana. Mәktәbdә hәdiyyә etdilәr.
Anam güllәri vazaya qoydu, mәnә yemәk verib soruşdu:
– Bu gün nә işlә mәşğul olacaqsan.
– Hәmişәki kimi.
– Heç olmasa, bu gün böyüklәr üçün çәkilmiş filmlәrә
baxma, belә getsә, kompüterin önündә kök atacaqsan, üst-ba-
şını mamır basacaq, – anam mәni danladı. – Get sinif yoldaş-
   142   143   144   145   146   147   148   149   150   151   152