Page 146 - Danilenko
P. 146
Vladimir Danilenko
sobadan yenicә çıxmış kökәyә oxşayırdı. Onun subay hәyat
sürmәsi mәnә qәribә gәlirdi. Görәsәn, niyә onunla evlәnmәk
istәyәn tapılmırdı? Artıq otuz beş yaşı vardı, amma tәk-tәnha
yaşayır, teleseriallara baxmaqla vaxt keçirirdi. Onun hәyatında
seriallar hәr şeyi әvәz edirdi – kişini, uşaqları, digәr qadın
qayğılarını. Ailәmizin problemlәri dә onunçün yalnız serialdır –
o, baş verәnlәri diqqәtlә izlәyir, heç nәyi gözdәn qaçırmır;
maraqlanır, görsün bu hadisәlәr nәylә qurtaracaq. Mәnsә,
ondan fәrqli olaraq, bu serialın xoşbәxt sonluqla bitmәsini
istәyirәm.
İya
Noyabrın on üçündә ad günüm idi. On dörd yaşım tamam
oldu. Әvvәlki illәrdә ad günümü hәsrәtlә gözlәyirdim. Noya-
brın on üçündә atam, anam, Solya nәnә, Pavlina nәnә vә Be-
laya Serkovdan olan xaç anam sәhәr tezdәn toplaşıb, mәni
tәbrik edirdilәr. Bu, mәnim şәxsi bayramım idi – hamının üzü
gülür, mәn dә onlara baxıb sevinirdim. Amma bu dәfә hәr şey
başqa cür idi, şәnlәnmәk, deyib-gülmәk barәdә düşünmürdüm.
Yalnız bir istәyim vardı – hamıdan qaçıb gizlәnmәk, heç kәsin
gözünә görünmәmәk. Qoy bu gün mәni heç kim tәbrik
elәmәsin, musiqi haqqında mәnasız söhbәtlәr elәyәn Denqayla
atam, dünyada әn böyük “Verpa” cipinin sahibi Ptuxayla anam
barәdә suallar vermәsin. Özümü sinifdә, mәktәbdә, hәtta bütün
dünyada әn bәdbәxt adam sayırdım.
Anam sәhәr tezdәn mәni oyadıb, tәzә çanta hәdiyyә etdi.
Sonra atam zәng elәdi:
146 – Slava, bığın çıxmağa başlayıb?
– Yox, – narazı sәslә dedim.
– Yaxşı, saat ikidә konservatoriyaya gәl. Sәnә hәdiyyәm
var.
Sәhәr yemәyinә oturub, qarabaşaq sıyığını qaşıqlayarkәn
Solya nәnә zәng vurdu:
– Slavik, tәbrik edirәm, sәnә möhkәm can sağlığı arzula-