Page 142 - Danilenko
P. 142
Vladimir Danilenko
başlayır. Matsula irigözlü, yaraşıqlı qızını gözündәn kәnara
qoymur, hәr yerdә onu müşayiәt edir, pis, yaramaz oğlanlarla
tanış olmağa qoymur.
İyirmi yaşı tamam olanda, nәhayәt, Alisa dilә gәlir:
– Rәfiqәlәrim bir-bir әrә gedirlәr. Mәncә, bu barәdә düşün-
mәyin vaxtı çatıb.
– Hara tәlәsirsәn? – anası cavab verir. – Cavan, tәravәtli,
sağlam qızsan. Әrә getsәn, kişin gününü qara elәyәcәk,
arıqlayıb çöpә dönәcәksәn. Әrin kefindәn qalmayacaq, yeyib-
içib qadınlarla әylәnәcәk, sәnsә evdә uşaqlara baxacaqsan.
– Bәs mәn kimlә yaşayacağam?
– Mәnimlә, atanla.
– Kişilәrin hamısını eyni arşınla ölçmәk olmaz: atam qadın
düşkünü deyil, araq da içmir.
– Hamı atan kimi deyil. Belә ata harda var ki?
Bir sözlә, qızına başa salır ki, bu söhbәtә qayıtmaq lazım
deyil. Amma elә hәmin vaxtlar, birdәn-birә, iki oğlan Alisaya
müştәri gözüylә baxmağa başlayır. İkisi dә onun hәyatında
yeganә kişi olmağı iddia edirdi.
Oğlanlardan birinin adı Jorik, o birininki isә Vityok imiş.
Alisa onları belә dә çağırırmış – Jorik vә Vityok. Onlar Ali-
sayla yaşıd olublar. Jorikin alov şölәlәrini xatırladan saçları
varmış, dәrisi uşaq dәrisi kimi tәrtәmiz imiş. Vityok isә
qaraşın, qıvrımsaç oğlan imiş. Yaraşıqlı oğlanların ikisi dә
Alisa Sisalyukun könlünә yatırmış. Ov iti kimi qızın arxasınca
gәzәn oğlanların bir-birindәn zәhlәsi gedir. Alisanın qәlbini
ovlamaq uğrunda bir-biriylә rәqabәtdәn oğlanlar rahatlıqlarını
itirirlәr. Alisa isә xoşbәxtlikdәn özünü göyün yeddinci qatında
142 hiss edir. Yәqin ki, qәdimdә cәngavәr turnirlәrindә bir-birini
al-qana boyayan oğlanlara baxan qızlar da, belә hisslәr keçirir-
miş. Hәrdәn Alisa gülә-gülә anasından soruşurmuş:
– Onlardan hansı daha çox xoşuna gәlir?
– İkisi dә bir bezin qırağıdır, – anası cavab verirmiş.
Ağırlıqqaldıran qadın qızını ukraynalı adi kişinin arvadı
kimi tәsәvvür etmirmiş. Ona görә dә, Jorik vә Vitkanı görәndә,
hirsindәn cilov gәmirirmiş. Qadına elә gәlirmiş ki, Alisa әn