Page 140 - Danilenko
P. 140
Vladimir Danilenko

qırmızı әlcәklәri götürdü, boşqabı sobadan çıxarıb, stәkanlara
isti şәrab süzdü.

– Gәl, bruderşaft içәk.
Şәrab içdik.
– Alәmdir! – İya dedi.
Qlintveyn yavaş-yavaş öz işini görürdü. Hiss etdim ki,
başım dumanlanır, qızın da gözlәri axırdı.
– Gözlәrim tor görür, yoxsa mәni qara basır?
Uğunub getdik. Mәni hıçqırma tutdu, hәm gülür, hәm dә
hıçqırırdım.
– Hıçqıranda sağ әlini qaldır, belәcә otur, – İya mәslәhәt
gördü.
– Belә nә qәdәr oturum?
– Mәzәli oğlansan! Keçib gedәnә qәdәr, – qız güldü.
İçkinin tәsirindәn yanaqları qızarmışdı, lap uşağa
oxşayırdı.
– Gәl, bir az da içәk.
Başa düşdüm ki, artıq tәşәbbüsü öz әlimә almalıyam.
– Bәs deyil? – bu yaşda qızın bu qәdәr spirtli içki içmәyi
mәni karıxdırmışdı.
– Uşaq kimi pepsi-kola içәsi deyilik ki!
– Niyә dә yox? Vur-tut on üç yaşın var.
– İynәlәmә! – İya mızıldandı.
– Axı hәlә uşaqsan.
Qız pörtüb, yay kimi sıxıldı.
– Bilirsәn nә var? İtil burdan! Rәdd ol! Get, get!
Sakitcә ayaqqabılarımı, gödәkcәmi geyinib qapını
çırpdım.
140 – Çao-kakao! – arxadan onun sәsini eşitdim.

Alisa Sisalyuk

Hәlә ki, anamla Alisa çay içirlәr, icazә verin, sizә Alisa
Sisalyukdan bir az әtraflı danışım. Dediyim kimi, son vaxtlar
   135   136   137   138   139   140   141   142   143   144   145