Page 136 - Danilenko
P. 136
Vladimir Danilenko
әngәl olmayıb.
– Mәn Nils Bordan danışıram? – anam lap әsәbilәşdi. –
Düz sözümdür, Jenya, sәn ağıldankәmsәn.
– Mәnәm ağıldankәm? – atam birdәn-birә qәzәblәndi. –
Mәnә ağıldankәm deyirsәn?! Elә isә biz bir yerdә yaşaya
bilmәrik!
O, gödәkcәsini qamarlayıb, otaqdan çıxdı. Az keçmiş
mәnzilin qapısını çırpıb, evi tәrk etdi. Mәnzilә dәrin sükut
çökdü. Bethovenin “Doqquzuncu simfoniya”sındakı pauza
kimi.
İya Brailko vә mәktәbdә rәqs axşamları
Anam, mәn vә Alisa Sisalyuk mәtbәxdә oturub şam
elәyirdik. Baxus mәnim başmaqlarımın üstündә uzanıb, havanı
qoxlayırdı. Sakitcә oturub qadınların söhbәtini dinlәyirdim.
Alisa ağzına bir qaşıq bal qoyub qaynar çayı üflәdi, bir qurtum
içib, stәkanı stolun üstünә qoydu vә işvәylә mәni süzәrәk dedi:
– Bu gün yolda Slavanı gördüm, yanında bir qız vardı.
– Hansı qız? – Anamın qaşları çatıldı, o, maraqla üzümә
zillәndi.
– 7-b sinfindә oxuyur, İya Brailko.
– Nә әcәb görüşmüşdünüz?
– Elә-belә, – özümü itirdim. – Mәktәbdәn gәlirdim, tәsa-
düfәn yolda gördüm.
– Tәsadüfәn? – Alisa Sisalyuk anama göz vurdu. – Bax ha,
qız tәsadüfәn anana nәvә gәtirmәsin.
– Alisa, uşağın tәrbiyәsini korlama.
136 Belә dә dedi: “uşağın”.
– Elә demә, görmürsәn xәtrinә dәyir? – Alisa güldü. –
Neçә yaşın var?
– Bir hәftә sonra on dörd olacaq.
– Oho, böyük oğlansan ki! Bilirsәn, mәhәbbәt nәdir?
– Mәhәbbәt – ayılanda yox olan yuxudur, – cavab verdim.
– Bunu kim deyib? – Alisa yenidәn pıqqıldadı.
– Mәn belә düşünürәm.