Page 131 - Danilenko
P. 131
Mənim qarayanız, qıvrımsaç günəşim

Qorovits haqqında çәrәnlәmәyә davam edәcәk. Amma
pәncәrәdәn baxanda gördüm ki, әl elәyir, bir an sonra qatar
hay-küylә Kiyev metropoliteninin tunelinә girdi.

Qapını üzünә bağlayanda

Nikah – elә bir şeydir ki, bәzәn әrlә arvad özlәrinә başqa 131
bir ailә qurmaq istәyirlәr. Atamla anamın davranışını müşahidә
etdikcә, bu qәnaәtim daha da möhkәmlәnirdi. Artıq ailәmiz-
dәki gәrginlik dözülmәz hәddә çatmışdı.

Atam hәlә evdәn getmәmişdi. Bir axşam atam oturub,
piano çalır, anamla Alisa Sisalyuk isә hәmişәki kimi söhbәt
edirdilәr.

– Bilirsәn Kukuriykoyla niyә dalaşıb? – anam dedi. – Fi-
larmoniyada Borzilo Motrya Stepanovna adlı tәsәrrüfat müdiri
işlәyirdi. Hörmәt gözlәmәyәn, utanmaz, gonbul arvad idi, bir
stәkan arağı başına çәkir, heç üzünü dә turşutmurdu. Borzilo
insanların qüsurlarını dәrhal sezir, bundan istifadә edib, onları
öz toruna salırdı. Lunyanın qüsurlarını isә saymaqla qurtar-
maz. Odur ki, çox keçmәdi, bu binәva Motrya Stepanovnanın
qurbanına çevrildi. Doğrudur, Lunya yaxşı pianoçudur, amma
mәişәtdә özünü tamamilә sәfeh, yelbeyin kimi aparır. Buna
görә dә, Lunyo onun sevimli oyuncağına çevrildi. Lunyo bәdii
rәhbәrdәn vә dirijor Kukuriykodan çox bu qadından çәkinirdi.
Bir dәfә simfonik musiqi parçalarından ibarәt konsert tәşkil
olunmuşdu. Konsertә baxmağa gәlәnlәr, әsasәn, musiqi
mәktәblәrinin şagirdlәri vә konservatoriyanın tәlәbәlәri idi.
Borzilo dәrhal hiss etdi ki, toplaşanlar mötәbәr insanlar deyil
vә onların nazıyla oynamağa dәymәz. Konsertdәn әvvәl o,
pәncәrәlәrin pәrdәsini dәyişmәyi qәrara aldı. Bu işi özü
görmәli oldu, çünki pәrdә asan fәhlә yıxılıb, ayağını
zәdәlәmişdi. Marya Stepanovna işi sona çatdırmaq qәrarına
gәldi vә konsert gedә-gedә sәhnәyә qalxıb, Lunyoya yaxın-
laşdı. Fortepiano arxasında oturan Lunyoya nәsә dedi, üzüyola
әrim dә qalxıb onun arxasınca getdi. Qadın sәhnә arxasında
ona nә etmәli olduğunu başa saldı vә Lunyo dinmәz-söylәmәz
   126   127   128   129   130   131   132   133   134   135   136