Page 128 - Danilenko
P. 128
Vladimir Danilenko
– Lyuba, indi informasiya әsridir, o vaxtla indiki zamanı
müqayisә etmәk düzgün deyil. İnternet klassik dövrә son
qoydu. O vaxtlar istәnilәn sәnәtdә klassik olmaq indikindәn
asan idi. Nәzәri olaraq, hәr birimiz Haydndan da yaxşı sim-
foniya yaza bilәrik. Amma praktiki olaraq, yaradıcılığa
vaxtımız yoxdur, çünki başımız pul qazanmağa qarışıb; tez-
tez dükan-bazara getmәli, saatlarla internetdә vaxt keçirmәli
oluruq. Bundan başqa, hәr şeydәn doymuş kütlәnin diqqәtini
yeni simfoniyaya necә cәlb etmәk barәdә dә baş sındırmalıyıq.
Onların söhbәtindәn bezdim. Nәhayәt, Denqa bizi gildәn
tikilmiş kafeyә gәtirdi. Kafenin şüşә damından boz payız
sәmasının bir hissәsi görünürdü.
– Üç fincan qәhvә gәtirin. Biri әdviyyalı, biri berqamotlu,
biri isә Meksika qәhvәsi olsun, – atam ofisianta dedi.
Denqa tualetә gedәndә, fürsәtdәn istifadә edib soruşdum:
– Pulu hardan almısan?
– Dünәn qazanmışam, – atamın sifәti tutuldu. – “Levo-
berejnı”da uşaq bağçasında sәhәr tamaşasına dәvәt etmişdilәr.
– Bu da mәn, – özündәnrazı Lyubov Denqa gәlib öz
yerindә әylәşdi. – Qәhvә nә gözәl qoxuyur!
Hәlә konservatoriyada ikәn bu qızın nә qәdәr sırtıq adam
olduğunun fәrqinә varmışdım, kafedә isә o, lap ağlını, ölçü
hissini itirmişdi. Yaşıl koftasının altından qabaran sinәsini irәli
verib oturmuşdu. Qәhvә içmәyә başlayanda Denqa yenidәn
çәrәnlәmәyә başladı:
– Bәs tәlәbәlik illәrindә hansı musiqini dinlәyirdiniz?
– Mәsәlәn, gәnc Yevgeni Stankoviçin1 “Lirika” vә “Lar-
qo” simfoniyalarını.
128 – Mәnә elә gәlir, Kiyev avanqardı sadәcә sәs yığınıdır, –
sürtülmüş cins şalvar geymiş Denqa numayişkaranә tәrzdә
әzilib-büzülmәyә başladı.
Atam qәhvәdanın dibindәki qәhvәni öz fincanına süzdü.
– Haçansa mәnә dә elә gәlirdi ki, Yanis Ksenakisdәn2 daha
1Yevgeni Stanokoviç (1942) – ukraynalı bәstәkar
2Yanis Ksenakis – (1922–2001) – fransız bәstәkar vә arxitektor