Page 124 - Danilenko
P. 124
Vladimir Danilenko
– Sәndәn pul götürmәyib axı…
İki gün sonra atamı hansısa dövlәt mәmurunun mәclisinә
dәvәt etdilәr. Anam yenә Ptuxaya zәng edib, evә çağırdı –
elektrik şәbәkәsindәki nasazlıqları aradan qaldırmaq lazım idi.
Mәn evә gәlәndә Ptuxayla anam vidalaşırdılar.
– Antonla salamlaş, – anam gülümsündü.
– Axşamınız xeyir!
Ptuxadan zәhlәm getdi – şit-şit gülür, anamı gözlәriylә
yeyirdi. Sәsi dә xoşuma gәlmәdi – burnunun ucunda danışır,
sanki mızıldanırdı.
Anam onun arxasınca qapını örtәn kimi Alisa dillәndi:
– Sәnә nә demişdim?.. Yevgeni Lunya hara, bu hara!..
İki hәftә sonra başa düşdüm ki, anamla Ptuxanın arasında
nәsә olub. Rәfiqәlәr yenә dә mәtbәxdә oturub, söhbәt edirdilәr.
– Onun yanına getmişdin?
– Hә.
– Necәydi?
Anam әllәriylә ağzını tutub, Sisalyuka sarı әyildi vә
qulağına nәsә pıçıldadı.
– Belә de!.. – Sisalyuk özünü saxlaya bilmәyib, ucadan
sәslәndi. – O, harada yaşayır?
– Loxvitskidә. Amma bәzi qәribәliklәri var.
– Nә qәribәliklәri var? – Sisalyukun gözlәri parladı.
Onlar tortla çay içir, qәnaәtlәrini bölüşürdülәr.
– Tәsәvvür edirsәn, mәnzilindә elektrik işığı yoxdur.
– Bәs televizora necә baxır?
– Televizora baxmır. Deyir, televizor manipulyasiya
vasitәsidir, insanları başdan çıxarır.
124 – Ütüdәn dә istifadә etmir?
Anam “Romeo vә Cülyetta” tortundan bir qaşıq götürüb,
mәmnunluqla gülümsündü:
– Onun “Vepr”i dünyada әn böyük cipdir. İyirmidәn çox
adam götürür.
– Mәnzili necәdir?
– Mәnzili kitablar vә rәsm әsәrlәriylә doludur. Hәr şeydәn
ağ neft vә boya qoxusu gәlir.