Page 121 - Danilenko
P. 121
Mənim qarayanız, qıvrımsaç günəşim
kişi üzünü turşutdu, sanki pianoçu o idi, atam yox.
– Lev Rebkalo, – kişi özünü tәqdim edib, vizit kartını
atama uzatdı. – Filosof. Kişilәr vә qadınlar arasındakı
münasibәtlәri tәdqiq edirәm.
Kişi Qrabovskinin miniatürlәrini mәharәtlә ifa edәn atama
komplimentlәr yağdırır, atam isә vizit kartını әlindә oynada-
oynada, nәzakәtlә gülümsünürdü. Filosofun ucbatından yemәk
yeyә bilmәdik, anam hirsindәn cilov gәmirirdi. Dәhlizdә
paltolarımızı geyәrkәn, atam çaşıb vizit kartını mәnә verdi.
Mәn dә götürüb cibimә qoydum. Küçәyә çıxıb, metroya sarı
getmәyә başladıq.
– Sәnә nә qәdәr pul verdilәr? – Anam atamdan soruşdu.
– Üç yüz qrivna, – atam qızardı.
– Maleviçin vә Arxipenkonun әsәrlәrindәn kolleksiya dü-
zәldәn adam üçün çox azdır, – anam atamın qazandığı pulları
pul kisәsinә qoydu.
Anton Ptuxa
Anam köhnә işlәrinә qayıtdı vә üstәlik, yenisini dә 121
axtarmağa başladı. Üçüncü işi tapandan sonra, dördüncüsünü
axtarmaq qәrarına gәldi. Mәhz bu vaxtlarda anam elә bir fikrә
düşdü ki, yatsaq yuxumuza da girmәzdi. O, boşanmaq
haqqında düşünmәyә başladı. Gәlin tәlәsmәyәk, sizә hәr şeyi
olduğu kimi danışmaq istәyirәm.
Nujnının evindә tәşkil olunmuş konsertdәn iki gün sonra,
ailәmizdә yenә qalmaqal düşdü. Anam Nijnı Vala, babamgilә
qonaq getmişdi. Solya nәnә öz güzәranından şikayәt edәn
anama iki min qrivna vermiş, anam da özündә güc tapıb, bu
puldan imtina etmәmişdi.
– Gör, nә günә qalmışıq! – anam hirslә dedi. – Biz onlara
kömәk etmәliyik, amma onların hesabına yaşayırıq.
Atamla anam bütün gecәni mübahisә etdilәr, bir-birinә
artıq-әskik sözlәr dedilәr. Sәhәr yuxudan duranda gördüm ki,
ayrı-ayrı otaqlarda yatıblar. Ertәsi gün atam Aktyorlar evindә