Page 118 - Danilenko
P. 118
Vladimir Danilenko

– Atandır, – anam cavab verdi, – bu musiqi cücә çıxarmağa
kömәk edir. Bax indicә cücәlәr yumurtanı deşib çıxmağa
başlayacaqlar.

Atam birdәn-birә coşdu, elә ehtirasla, elә bәrkdәn çalmağa
başladı ki, dәbdәbәli ağ paltar geymiş qadının yanındakı tazı
dözmәyib uladı, lәlәkli kişinin altından cücәlәr çıxdı.

– Nә gözәl cücәlәrdir! Nә qәşәngdirlәr! – anam ağzını
marçıldatdı.

– O, Nujnının qılığına girmәk istәyir, әslindә, cücәlәri mәn
çıxarmalıydım, – toyuq maskası taxmış qadın dedi.

– Siz kimsiniz? – soruşdum.
– Tanımadın? – qadın güldü. – Alisa Sisalyukam da.
O, maskasını çıxarıb, mәnә göz vurdu, amma bu, Alisa
Sisalyuk deyildi, xurmayı saçlı gәnc qız idi. Nujnı cücәlәrdәn
birini tutub anama uzatdı.
– Elә bircә dәnә? – anam üz-gözünü turşutdu. Anamın sir-
sifәtindәn narazılıq yağırdı.
Birdәn-birә onun әlindәki cücә yarasaya çevrilmәyә
başladı. Elә bu vaxt Baxus royalın altından sıçrayıb çıxdı vә
yarasanı qapdı. Yarasa bәrkdәn civildәyib, fәryad qopardı.
Anamın sәsi eşidildi:
– Pişik yenә yarasa tutdu!
Süst düşüb yatmışdım, güc-bәla ilә gözlәrimi açdım.
Lociyadan atamla anamın sәsini, yarasanın civiltisini, Baxusun
miyovultusunu eşidirdim. Nәhayәt, başa düşdüm ki, bu, yuxu
deyil, gecә lampasını yandırıb, lociyaya baxdım.
– Qapını açma. Yarası içәri girә bilәr!
– İtil burdan! – atam pişiyә tәpinib, karton qutunu yarasa-
118 nın üstünә çevirdi. Sonra yarasanı tutub, havaya buraxdı vә
pәncәrәni örtdü. Baxus hәlә bir müddәt sakitlәşmәdi, künc-
bucağı dolaşıb, hәr yerә göz gәzdirdi. Yenә dә divar arxasından
anamın sәsini eşitdim:
– Kommunal xәrclәr artıb, pul çatdıra bilmirik. Polşada әr-
zaq bizdәkindәn ucuzdur, amma onlar bizdәn çox maaş alırlar.
– Yat, – atam cavab verdi.
   113   114   115   116   117   118   119   120   121   122   123