Page 119 - Danilenko
P. 119
nim qarayanız, qıvrımsaç günəşim
Anam yenә nәsә dedi, bundan sonra mәni yuxu tutdu. 119
Sәhәr anamın sәsinә oyandım:
– Qalx. Dәrsә gecikәrsәn.
Әl-üzümü yuyub, dişlәrimi tәmizlәdim. Sәhәr yemәyini
yeyib, evdәn çıxdıq – anam işә, mәnsә mәktәbә yollandım.
Axşam atam bizi Nujnının evindә tәşkil olunmuş konsertә
apardı. Hәr şey yuxuda gördüyüm kimiydi. Biz qәdimi evin
üçüncü mәrtәbәsinә qalxıb, qapının zәngini basdıq. Qapını
yaşı bilinmәyәn gülәrüz bir qadın açdı. Ona otuz beş yaş da
vermәk olardı, әlli beş yaş da. Zalın ortasında “Byözendorfer”
markalı köhnә royal qoyulmuşdu. Royalın qarşısında dәri
üzlüklü qara kәtil vardı.
– Tanış olun, Vsevolod Nujnı, – atam gonbul kişini tәqdim
etdi. – Arvadım Lilya vә oğlum Slava.
Nujnı iricüssәli, bığlı-saqqalı kişiydi. Saqqalını Nikolay
Leontyeviç1 sayağı qısa kәsdirmişdi. Get-gedә mәnzildә
adamların sayı çoxalırdı. Valideynlәri ilә birgә gәlmiş uşaqlar
adamların әl-ayağına dolaşırdı. Hәr tәrәfdә çoxlu tablolar vә
qәdim musiqi alәtlәri gözә dәyirdi.
– Başlayaq, – Nujnıy pıçıltıyla dedi.
Atam fortepianonun arxasına keçdi. Çalsaçlı bir kişi elek-
trik işığına qәrq olmuş zalın mәrkәzinә çıxıb, bәyan etdi:
– Çoxdandır ki, fәrdi evlәrdә tәşkil olunan konsertlәrә dә-
vәt almırdıq. Mәnә çox xoşdur ki, Vsevolod Nujnının da mәn-
sub olduğu köhnә Kiyev ziyalılarının arasında bu gözәl әnәnә
yenidәn canlandırılır. Bu gün biz iyirminci әsrin altmışıncı
illәrindә sıxışdırılan, tәqib olunan, hazırda isә Ukrayna avan-
qardının hәvarisi adlandırılan Leonid Qrabovskinin2 fortepiano
miniatürlәrini dinlәyәcәyik. Fortepianoda çalır –Yevgeni
Lunyo.
Mәndә belә tәәssürat yarandı ki, Qrabovskinin avanqard
musiqisi konsertә gәlәnlәrin hamısının xoşuna gәlmir, çünki
1Nikolay Leontyeviç (1877–1921) – ukraynalı bәstәkar vә dirijor, bütün dünyada
mәşhurlaşmış “Şedrik” (“Carol of the Bells”) milad nәğmәsinin müәllifi
2Leonid Qrabovski (1935) – ukraynalı bәstәkar, “Kiyev avanqardı” bәstәkarlar
qrupunun tәmsilçisi