Page 122 - Danilenko
P. 122
Vladimir Danilenko
tәşkil olunmuş hansısa yubiley axşamında piano çalmağa
getdi. Mәktәbdәn qayıdanda gördüm ki, anamla Alisa Sisalyuk
oturub dәrdlәşirlәr.
– Heç nә bacarmır, әlindәn heç nә gәlmir, – anam Sisal-
yuka şikayәtlәndi.
– Hә, fağır adamdır, – Sisalyuk onunla razılaşdı.
– Heç olmasa, pul qazansaydı, dәrd yarıydı. Rәfiqәm Yeva
İkavkanın – sәnә onun barәsindә danışmışam – әri divara mis-
mar çala bilmir, amma kazinoda krupye işlәyir, yaxşı pul
qazanır. Mәnsә beş işdә işlәyirәm, amma yenә dә korluq
çәkirik.
– Bәs onu işdәn qovsalar necә?..
– Kimi qovsalar?
– Krupyeni.
– Onu işdәn qovsalar da, İkavka acından ölmәyәcәk, o özü
dә bazarda alver elәyir.
Qadınların bu mәnasız söhbәtini dinlәyәrkәn, fikirlәşdim
ki, әslindә, ailәmizin dağılması Alisa Sisalyukun vecinә dә
deyil, bәlkә dә, bizә baxıb sevinir. O, әrә getmәmişdi, kişilәr-
dәn xoşu gәlsә dә, ailә hәyatı qurmaq barәdә fikirlәşmirdi.
Sisalyuk hiss edirdi ki, ailәmiz dağılmaq üzrәdir. Odur ki,
bizә lap tez-tez gәlmәyә başlamışdı. Anton Ptuxa peyda olan-
dan sonra isә qonaqlarımızın sayı artdı.
Ptuxayla anam tәsadüfәn tanış oldular. Evdә su kranı xarab
olmuşdu, anam santexnik çağırdı. Tәzә kranın pulunu vә
әlmuzdunu atama verib, işә getdi. Gödәk barmaqları olan
qırmızısifәt santexnik vanna otağında xeyli qurdalandıqdan
122 sonra qarışdırıcını sındırdı, әlmuzdunun yarısını atamdan aldı
vә çıxıb getdi. Axşam anam gәlib, sәsini başına atdı:
– Ona niyә pul vermisәn? Kranı düzәltmәyib axı!
Atam gözünü döyә-döyә çiyinlәrini çәkdi:
– Dedi pulun yarısını ver, mәn dә verdim.
– Bәs kran niyә işlәmir?!
– Nә bilim, siz necә danışmısınız?