Page 126 - Danilenko
P. 126
Vladimir Danilenko
– Lyubov Denqa, – qız әlimi sıxdı.
– Çox xoşdur, – burnumun ucunda mızıldanıb, onu baş-
dan-ayağa süzdüm.
Qız cins şalvar, qәhvә rәngli gödәkcә geymişdi. Tez-tez
әlini atıb, bel çantasını düzәltmәyә çalışırdı, yәqin, düşünürdü
ki, belә daha cazibәli görünür. Amma mәnә elә gәldi ki, qız
bununla әsәblәrini sakitlәşdirmәk istәyir. Denqa sanki mәni
görmürdü – elә hey atamın sağına-soluna keçir, ona mәnasız
suallar verirdi.
– Sizcә, bütün zamanların әn yaxşı pianoçusu kimdir? –
qız bel çantasını düzәltdi.
– Birmәnalı heç nә demәk olmaz, – atam cavab verdi. –
Hәr şey subyektivdir.
Biz Qorodetski küçәsinә çıxıb, Kreşşatikә doğru irәlilә-
mәyә başladıq.
– Hәr halda, mәnәvi gücün müәyyәn dәrәcәlәri var.
Mәsәlәn, Rixter1 vә Padarevski2. Onların musiqisi müxtәlif cür
sәslәnir, elә deyilmi? – hamar plitәlәrin üzәrindә ayağı sürüşәn
Lyuba qorxub, bәrkdәn qışqırdı. – Qolunuza girmәk olar?
Atam qolunu ona tәrәf uzadıb, dalğın halda mızıldandı:
– Baxır harada, necә…
– Rixterin ifasında Şopenin musiqisi çox әcaib sәslәnir, –
qız ona qısıldı.
Qızın hәyasızlığı, sırtıq hәrәkәtlәri heç xoşuma gәlmәdi.
Mәnә tәsadüfәn küçәdә başına qonmuş, zәhlәtökәn milçәk
kimi baxırdı. Denqa atamın qolundan yapışmışdı, vecinә dә
deyildi ki, mәşğәlәdәn sonra müәllim onun sәrsәmlәmәlәrini
126 dinlәmәyә borclu deyil.
– Yeri gәlmişkәn, Rixterin bütün mәharәti mәhz Şopenin
musiqisini ifa edәrkәn üzә çıxır, – atam dedi. – O, gözlәnilmәz
gedişlәr edir, müәllifә qulaq asmır. Bu, Andrey Joldakın3
1Svyatoslav Rixter (1915–1997) – sovet pianoçusu
2İqnasi Yan Padarevski (1860–1941) – Polşa pianoçusu, bәstәkar vә dirijor
3Andrey Joldak (1962) – ukraynalı teatr rejissoru. Onun tamaşalarında aktyorlar
çılpaq çıxış edir, insan tәbiәtinin bütün yaxşı vә pis tәrәflәrini nümayiş etdirirlәr.