Page 129 - Danilenko
P. 129
nim qarayanız, qıvrımsaç günəşim

mürәkkәb yazan bәstәkarların әsәrlәri yalnız sәs yığınıdır. Bir 129
müddәt sonra başqa bәstәkarların әsәrlәrini dә dinlәmәyә
başladım. Xoşuma gәlәnlәr çoxdur, mәsәlәn, Dyord Legeti1
vә Olivye Messianın2 әsәrlәrini mәmnuniyyәtlә ifa edәrdim.

– Bu әsәrlәri ifa etmәk üçün pianoçu yüksәk texnikaya
malik olmalıdır, – Lyubov Denqa yenidәn atama qısıldı.

– Konservatoriyamızda tәhsil almış Vladimir Qorovits,
ümumiyyәtlә, texnikaya әhәmiyyәt vermirdi. Xoşuna gәlәn
musiqini ilhamla ifa edirdi, vәssalam.

– Doğrusu, onun nәyә görә bu qәdәr böyük uğur qazan-
dığını başa düşmürәm. O, kütlәni nә ilә әlә alırdı?

– Qorovitsin ifasında sәslәrin öz ahәngi var. Xüsusilә dә
bas sәslәri çox fәrqlidir. Baxın orqan üçün yazdığı әsәrlәri çox
mәharәtlә ifa edir. Qorovitsin bir neçә konsertini dinlәmişәm.
Bu onun öz musiqisidir – onun ifasında musiqi daha ekspres-
siv, daha tәsirli sәslәnir.

Denqa guya hәyәcanlanıb, atamın әlindәn tutdu – әslindә,
Qorovits onun vecinә dә deyildi, sadәcә kişini başdan
çıxarmaq istәyirdi. Mәnә elә gәldi ki, bu hәyasız qız onun
dizinә minmәyә hazırlaşır.

– Bәs onun canlı ifasını dinlәmәmisiniz?
– 1986-cı ildә, ölümündәn bir il әvvәl Moskvada dinlәmi-
şәm. Cavanlığında böyük hay-küy qoparan ifası sakit, rәvan
musiqiyә çevrilmişdi. Bu, hәyatdan istәdiyini almış, hәr şey-
dәn doymuş yaşlı pianoçunun musiqisi idi.
– Deyilәnә görә, musiqini yüksәk templә ifa edirmiş.
Qız atamın çiyninә qısılıb, mәmnun-mәmnun gözlәrini
yumdu.
– Bir dәfә Qorovits ingilis orkestri ilә birgә konsert verirdi.
Musiqiçilәrin fleqmatik, süst ifasından hirslәnib, özündәn
çıxmışdı.
– Mәn ukraynalıyam, әsl tempin nә olduğunu ingilislәrә

1Dyord Şandor Legeti (1923–2006) – macar bәstәkarı, avanqardist
2Olivye Messian (1908–1992) – fransız bәstәkar, orqançı, musiqi nәzәriyyәçisi
   124   125   126   127   128   129   130   131   132   133   134