Page 133 - Danilenko
P. 133
nim qarayanız, qıvrımsaç günəşim

latura haqqında hәr şeyi bilirdi. Bu qadının Dyadyuradan 133
zәhlәsi gedirdi, görünür, haçansa ona pisliyi keçmişdi. Bir dәfә
Motrya Stepanovna Qardiburkonun telefon nömrәsini yığır,
sәsini dәyişdirib deyir:

– Sizә Mәdәniyyәt Nazirliyindәn zәng edirlәr. Ömrü boyu
dinә ziyan vuran, Ukraynayla mübarizә aparan keçmiş dövlәt
xadimi Maryan Dyadyuranın sәhhәti korlanıb, ölüm ayağın-
dadır. Vaxtilә tutduğu әmәllәrdәn peşman olub, kilsә qar-
şısında günahlarını boynuna almaq vә bandura musiqisi
dinlәmәk istәyir. Әn yaxşı banduraçı sizsiniz, odur ki, lәn-
gimәdәn alәtinizi götürüb, Dyadyuranın yanına gedin. O, sizi
gözlәyir.

Qardiburko ünvanı yazıb, qırmızı çәkmәlәrini, yarım-
kürkünü geyir, mavi örpәyini bağlayır, banduranı götürüb,
Dyadyuragilә yollanır. Qapını Dyadyuranın qızı açır.

– Kim lazımdır?
– Mәni Mәdәniyyәt Nazirliyindәn göndәriblәr, Maryan
İvanoviç üçün bandura çalmağı tapşırıblar, – Qardiburko deyir.
Bunu eşidәn qoca, ilan vurmuş kimi, yerindәn dik atılır.
Xәstә, yaşlı olduğunu unudur, Qardiburkonun üstünә cumub,
onu vurmaq istәyir, bu zaman tәsadüfәn Kaqanoviçin çini
büstünü sındırır. Qardiburko güclә qaçıb canını qurtarır. Bun-
dan sonra Dyadyura sağalır, yenidәn Ukrayna ilә ölüm-dirim
mübarizәsinә qalxır.
– Dәhşәtdir! – Alisa Sisalyuk içini çәkdi. – Bәs niyә bu
qadının hәrәkәtlәrinә göz yumurlar?
– Mәdәniyyәt Nazirliyindә vә Nazirlәr Kabinetindә onun
güclü әlaqәlәri vardı, – atam cavab verdi. – Lazım gәlәndә,
Filarmoniya üçün onlardan pul qoparmağı bacarırdı. Tәmir,
yeni musiqi alәtlәrinin alınması – bunların hamısıyla o mәşğul
olurdu. Ona görә dә, rәhbәrlik onun hoqqalarına göz yumur,
bunları bәdbәxt tәnha qadının qәribәliklәri kimi izah edirdi.
Filarmoniya söhbәti atamı cin atına mindirdi, o, öz otağına
gedib, kompüteri yandırdı.
– O, sәndәn inciyәndә neylәyir? – Alisa Sisalyuk soruşdu.
– Görmürsәn? Öz otağına çәkilib kompüteri yandırır, mә-
   128   129   130   131   132   133   134   135   136   137   138