Page 137 - Danilenko
P. 137
nim qarayanız, qıvrımsaç günəşim
– Dedim axı, o, yaşlılar kimi fikirlәşir, – anam söhbәtә 137
müdaxilә etdi.
– Ana, sәn “pis fikirlәrә düşmәsәydin, pis әmәllәrin dә
olmazdı”, atam da bizi tәrk etmәzdi.
– Bu, kimin sözlәridir?
– Konfutsinin.
– Nәzәri mühakimәlәr yürütmәyin yeri deyil, – anam stә-
kanı stolun üstünә qoydu. – Yaxşısı budur, get öz filmlәrinә
bax, ya da Konfutsini oxu. Söhbәtimizә mane olma. Bir qadın
kimi mәnim dә sirlәrim ola bilәr.
Onları tәk qoyub, öz otağıma keçdim. Anamla Alisa şam
elәmәkdәykәn, qoy sizә İya Brailkodan danışım.
İyayla mәktәbin rәqs meydançasında tanış olmuşdum.
Atam evdәn gedәndәn sonra, ilk günlәr özümә yer tapa
bilmirdim. Mәnә elә gәlirdi ki, bәdәnimin bir hissәsi qopub.
Yәqin ki, әli-ayağı amputasiya edilәn adamlar özünü belә hiss
edir. Fikrimi dağıtmaq üçün rәqs meydançasına yollandım.
Burada İyaya rast gәldim. O, bәzәnib-düzәnmiş, dodağına
boya çәkmişdi; yaşından böyük görünürdü, tәәccüblәndim ki,
niyә onu indiyәcәn görmәmişәm? Biz dinamikin yanında
dayanmışdıq, sәs-küydәn qulaq tutulurdu. Sayrışan rәngbәrәng
işıq selindә sayrışıb, yox olan tanış üzlәr görürdüm. Sonra
dicey Syava musiqini dәyişdirib, hamını “qadın rәqsi”nә dәvәt
etdi. İya mәni başdan-ayağa süzdü, ağzındakı saqqızı şişirdib
partlatdı. Sonra saqqızı ağzından çıxarıb, dinamikә yapışdırdı
vә mәnә yaxınlaşdı:
– Rәqs edәk?
O, parıltılı nazik kofta, qara әtәk geymişdi, sifәtindәn,
paltarından pirsinqlәr vә ucuz bijuteriya asılmışdı. Onun qo-
lundan tutub meydançaya apardım.
– Qәşәng saç düzümün var, – o, qulağımın dibindә bağırdı.
– Adın nәdir?
– Slava.
– Mәnim adım İyadır, qısaca – İ. 8-a-da oxuyursan?
– Hardan bilirsәn?
– Tәnәffüsdә görmüşәm.